Avqustun 10-da prezidentlər görüşəcək

“Danışıqlarda irəliləyiş Ermənistan prezidentinin konstruktiv mövqe tutmasından asılı olacaqdır”

Source:


“Danışıqlarda irəliləyiş Ermənistan prezidentinin konstruktiv mövqe tutmasından asılı olacaqdır”

Azərbaycan və Rusiya Prezidentləri əməkdaşlıq əlaqələrini genişləndirmək üçün ikitərəfli formatda görüş keçirəcək.

Prezident Administrasiyası rəhbərinin müavini Novruz Məmmədov Twwitter səhifəsində belə yazıb.

Novruz Məmmədovun sözlərinə görə, avqustun 10-da Rusiya prezidentinin iştirakı ilə Azərbaycan və Ermənistan prezidentlərinin görüşü olacaq.

“Azərbaycan və Ermənistan prezidentləri arasında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində danışıqlar gedəcəkdir. Danışıqlarda irəliləyiş Ermənistan prezidentinin konstruktiv mövqe tutmasından asılı olacaqdır” – deyə cənab Məmmədov qeyd edib.

Ana səhifəXəbərlərAvqustun 10-da prezidentlər görüşəcək