“Əgər Fəzail Ağamalı
Misir M
ə
rdanovu m
ü
dafi
ə
edibs
ə, deməli,
d
ö
vl
ə
t m
ə
kt
ə
bl
ə
rinin da
ğı
d
ı
lmas
ı
n
ı
n t
ə
r
ə
fdar
ı
olub
”
İyunun sonunda Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalının dövlət orta məktəbləri ilə bağlı açıqlaması rezonans doğurdu. Millət vəkili türk liseylərinin bağlanması ilə əlaqədar məktəbsiz qalan nəvələrini dövlət məktəblərində oxutdurmayacağını açıqladı. Səbəb isə dövlət məktəblərinin keyfiyyətinin deputatı qane etməməsidir.
Maraqlıdır, hakimiyyəti dəstəkləyən millət vəkili dövlət məktəblərinə güvənmirsə, bəs sadə vətəndaş nəyə görə öz övladını dövlət məktəbində oxutdurmalıdır?
Təhsil Nazirliyi Meydan Tv-nin bu sualına belə şərh verib: “Hər bir vətəndaşın öz fikrini ifadə etmək hüququ vardır. Qeyd etdiyiniz məsələyə gəlincə isə bildiririk ki, Təhsil Nazirliyi bununla bağlı hər hansı şərh verilməsini məqsədəuyğun hesab etmir və təhsil müəssisələrinin seçilməsində hər bir kəsin seçim hüququ vardır”.
Təhsil eksperti Etibar Əliyev isə hesab edir ki, Fəzail Ağamalı dövlət məktəblərindən narazılığını vaxtında dilə gətirməli idi : “Məndə olan məlumata görə, Fəzail Ağamalı tarix elmləri doktorudur. İndi o, necə müdafiə edib, necə alimdir, mən bu haqda danışmaq istəmirəm. Ancaq Fəzail Ağamalı əgər elm adamıdırsa, uzun illərdir onun Azərbaycan təhsilinin durumu haqqında fikirləri olmalı idi”.
Ekspert təəssüflənir ki, Fəzail Ağamalı həmişə Azərbaycan təhsilini fəlakətə sürükləmiş bir adamı- Misir Mərdanovu müdafiə edib. Belə çıxır ki, Fəzail Ağamalı Azərbaycanda dövlət məktəblərinin dağıdılmasının tərəfdarı olub: “Bir daha qeyd etmək istəyirəm ki, Azərbaycan təhsilini böhrana sürükləyən Misir Mərdanov olub. Fəzail Ağamalı isə həmişə onu müdafiə edib. Burada bir rasional tərəf də var. Fəzail Ağamalının dəstəklədiyi şəxs dövlət məktəblərini iflic vəziyyətinə salıb. Fəzail Ağamalı da nəvələrinin bu məktəblərdə oxumasını istəmir. Necə ola bilər ki, dövlətin deputatı olasan, dövlətin orta məktəblərini bəyənməyəsən? Fəzail Ağamalı dövlətin orta məktəblərinin indiki vəziyyəti ilə bağlı bir kəlmə fikir söyləməyib. Ancaq Təhsil Nazirliyinin neqativ işlərindən xeyli fərqli olaraq, cəmiyyət üçün pozitiv işlər görən TQDK-nı həmişə pisləyib. Ona görə də, hökumət və dövlət nümayəndələri Fəzail Ağamalıya tövsiyə etməlidirlər ki, o, nəvələrini dövlət məktəbinə qoysun və bununla da başqa valideynlərə örnək olsun. O, guya xalqın seçilmiş deputatıdır və bununla örnək ola bilər ki, bəli, mən Fəzail Ağamalı öz nəvələrimi evimdən 20-30 km aralıda Qaraçuxur qəsəbəsində və yaxud da Yeni Günəşlidə yerləşən orta məktəblərin birinə göndərirəm. Və mənim dövlət məktəblərinin keyfiyyətindən heç bir narazılığım yoxdur. Bütün vətəndaşların təhsil almaq hüququ olduğu halda, necə olur ki, sadə vətəndaş orta məktəbdə övladından tələb olunan 5-10 manatı ödəyə bilmir və ya övladını normal geyindirib məktəbə göndərə bilmir, amma Fəzail Ağamalının nəvələri təxminən 10 min manatlıq məktəbdə oxuyur?”