Kristofer Smit “Amnesty International”-
ı
n siyah
ı
s
ı
n
ı
prezident
İ
lham
Ə
liyev
ə
t
ə
qdim edib
ATƏT PA-da ABŞ nümayəndə heyətinin rəhbəri Kristofer Smit iyunun 28-də prezident İlham Əliyevlə görüşündə Azərbaycanda siyasi məhbuslar məsələsini qaldırıb.
Kristofer Smit iyunun 29-da jurnalistlərlə söhbətində bu barədə danışıb.
Onun sözlərinə görə, bir saata yaxın davam edən görüş zamanı Azərbaycanın traffikinq sahəsindəki nailiyyətlərini alqışlayıb.
Amma cənab Smit siyasi məhbuslar məsələsinə, əsasən Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədlinin işinə toxunub.
O, “Amnesty İnternational” təşkilatının siyasi məhbuslarla bağlı siyahısını Azərbaycan prezidentinə təqdim edib.
“Zənnimcə, bizim açıq və səmimi söhbətimiz oldu” – deyə Kristofer Smit bildirib.
“Amnesty İnternational”-ın siyahısına əsasən hazırda Azərbaycan həbsxanalarında 19 “vicdan məhbusu” var.
11 QHT-nin razılaşdırılmış siyahısına görə, ölkədə 81 nəfər siyasi məhbus var.