Oqtay Gülalıyev Bakı polisinə çağrılıb

Siyasi məhbusların müdafiəsindən uzaqlaşdırmaq üçün hüquq müdafiəçisinə təzyiq edirlər

Source:

Siyasi məhbusların müdafiəsindən uzaqlaşdırmaq üçün hüquq müdafiəçisinə təzyiq edirlər

“Siyasi məhbuslarsız Azərbaycan” ictimai alyansının koordinatoru Oqtay Gülalıyev iyunun 26-da saat 16.00-da Bakı şəhər Baş Polis İdarəsinə çağırılıb. Ona idarəyə çağrılmasının səbəbləri haqqında məlumat verilməyib.

Bir neçə gün əvvəl də Oqtay Gülalıyev oğlunun 2013-cü il prezident seçkiləri ərəfəsində bıçaq yarası alması hadisəsinin araşdırılması bəhanəsi ilə polisə çağırılıb. Həmin vaxt o, Milli Şuranın namizədi Cəmil Həsənlinin mətbuat katibi idi.

Oqtay Gülalıyevin həmkarlarının fikrincə, onun polisə çağırılması hüquq müdafiə fəaliyyəti ilə bağlıdır. Onlar hesab edirlər ki, fəalı siyasi məhbusların müdafiəsindən uzaqlaşdırmaq üçün ona təzyiq göstərilir.

Belə ki, hüquq müdafiəçilərinin fəal işi siyasi məhbuslar probleminə beynəlxalq diqqət çəkib ki, bu da hakimiyyəti çətin vəziyyətə qoyur.

Oqtay Gülalıyevə qarşı iki il əvvəl Sabirabad polisi tərəfindən irəli sürümüş rayonda iğtişaşlara çağırış ittihamı hələ də geri götürülməyib. Buna daşqından ziyan çəkmiş rayon sakinlərinin Gülalıyevi etiraz aksiyaında iştiraka dəvət etməsi bəhanə olub.

İki həftə əvvəl polis “Siyasi məhbuslarsız Azərbaycan” Alyansının digər nümayəndəsini – Elşən Həsənovu saxlayıb.

Ana səhifəXəbərlərOqtay Gülalıyev Bakı polisinə çağrılıb