Ombudsmanın məvacibi artırıldı

Parlamentin son iclası mədhiyyələrlə başa çatıb

Source:

Parlamentin son iclası mədhiyyələrlə başa çatıb

İyunun 27-də Milli Məclisin yaz sessiyası sonuncu iclasını keçirib. Deputatlar dövlət başçısının AŞPA-nın yay sessiyasındakı çıxışını “analoqu olmayan çıxış” adlandırıblar. Xüsusən, İlham Əliyevin “Azərbaycanın tam müstəqilliyi” və Ermənistanın paytaxtı da daxil olmaqla, Azərbaycanın tarixi ərazilərində yaranması haqqında bəyanatı onların xoşuna gəlib.

Spiker Oqtay Əsədov deyib ki, prezident İlham Əliyev Azərbaycanı Avropaya layiqincə təqdim etdi: “Azərbaycanın beynəlxalq birliyin layiqli üzvü olduğunu, beynəlxalq ictimaiyyət qarşısında alnıaçıq olduğunu sübut etdi. Cənab İlham Əliyevin bu çıxışı bir daha sübut etdi ki, Azərbaycan xalqı öz prezidenti ilə fəxr edir”.

Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı prezidentin çıxışına heyran olduğunu söyləyib: “Prezident özünün dərin məzmunlu çıxışı ilə ölkədə həyata keçirilən islahatlar, qarşıda dayanan problemlər, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı fikirlərini açıqlayıb: “Mən bir vətəndaş kimi prezidentin yüksək intellekti, vətənpərvərliyinə, böyük siyasi təfəkkürünə heyran oldum və onunla fəxr etdim”.

Daha sonra deputatlar ombudsmanın əmək haqqının 1800 manatdan 2025 manata qədər artırıblar.

Demokratik İslahatlar Partiyasının sədri, deputat Asim Mollazadə “İcbari tibbi sığorta haqqında” qanunun hələ də işlək olmamasının Azərbaycanın tibb sisteminə ciddi zərbə vurduğunu deyib: “Mən statistikaya baxdım, ötən il 2 milyon yarım Azərbaycan vətəndaşı öz səhiyyə problemlərinin həlli üçün İrana müraciət edib. Azərbaycan uğurla qanunların tətbiqinə nail ola bilməsə biz Azərbaycan xalqının sağlamlığına nail ola bilməyəcəyik”.

Bundan başqa, AR “Balıqçılıq haqqında” qanununa dəyişikliklər edilib. Təşəbbüskarların versiyasına görə, bu, böyük özəl balıqçılıq təsərrüfatlarının yaradılmasına kömək edəcək. Əslində bu biznes artıq bir neçə oliqarxa məxsusdur.

Həmçinin, Bakı Fransa Litseyinin yaradılması haqqında müqavilə ratifikasiya edilib, Bakıda Əlcəzair səfirliyinin açılması təqdir edilib, AR Şəhərsalma Məcəlləsinə dəyişikliklər edilib.

Xaçmaz rayonunun Niyazoba kəndinin adının dəyişdirilərək Niyazabad adlandırılması layihəsi bir sıra deputatların tənqidinə səbəb olub. Millət vəkilləri türkizmlərin fars mənşəli toponimlərlə dəyişdirilməsi cəhdinə qəzəbləniblər. Parlamentin sədri Oqtay Əsədov vəziyyəti araşdırmağı vəd edib.

Milli Məclisin reqlamentinə əsasən, parlamentin yaz sessiyası öz işini mayın 31-də başa vurur. Növbədənkənar sessiyanın çağırılması üçün deputatların 2/3-nin imzası tələb olunur.

Ana səhifəXəbərlərOmbudsmanın məvacibi artırıldı