Balıq ovlamaq üçün bilet satılacaq

“Balıqçılıq haqqında” qanuna dəyişiklik edildi

Source:


“Balıqçılıq haqqında” qanuna dəyişiklik edildi

Azərbaycanda balıq və digər su bioresursları dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olacaq. Bu, Milli Məclisin 27 iyun iclasında qəbul edilən “Balıqçılıq haqqında” qanuna dəyişiklikdə əksini tapıb. Yeniliyə görə, dövlət mülkiyyətində olan balıqçılıq su obyektlərində yaşayan balıq və digər su bioresursları Azərbaycan Respublikasına mənsubdur.

Bələdiyyə mülkiyyətində olan balıqcılıq su obyektlərində yaşayan balıq və digər su bioresursları bələdiyyə mülkiyyətində olmalıdır. Akvakultura təsərrüfatının yerləşdiyi balıqçılıq su obyektlərində əldə olunan balıq və digər su bioresursları onun mülkiyyətçisinə və ya icarəçiyə məxsusdur.

Qanuna edilən dəyişikliyə əsasən, Azərbaycanda balıq və digər su bioresurslarının ovu, forması və verilmə qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən balıq ovlama bileti əsasında həyata keçiriləcək. Qanun layihəsində həmçinin Azərbaycanda Su Bioresurslarının Artırılması, Bərpası və Mühafizəsi Fondunun yaradılması nəzərdə tutulur.

Fondun yaradılmasında məqsəd balıq və digər su bioresurslarının artırılmasını, bərpasını, mühafizəsini, balıqçılığın elmi təminatını və balıqçılıq sahəsində digər tədbirlərin, habelə balıqçılığın inkişafı proqramlarının maliyyələşdirilməsini təmin etməkdir.

Media forum

Ana səhifəXəbərlərBalıq ovlamaq üçün bilet satılacaq