1 milyon dollar qalmaqalı böyüyür

Azərbaycan səfiri Gürcüstan XİN-ə çağrıldı

Source:

Azərbaycan səfiri Gürcüstan XİN-ə çağrıldı

Gürcüstanın xarici işlər naziri Maya Pancikidze bildirib ki, rəsmi Tiflis gürcü deputatların Bakı aeroportunda saxlanması barədə məlumatı yoxlayır.

O, cümə günü jurnalistlərə deyib ki, söhbət müxalifətdə olan Vahid Milli Hərəkat üzvlərinin aeroportun gömrüyü tərəfindən saxlanmasından gedir.

“Biz Gürcüstanın Bakıdakı səfirliyinə göstəriş vermişik ki, bunu yoxlasınlar”, – o qeyd edib.

Bundan əlavə, Azərbaycan səfiri Gürcüstan XİN-ə çağırılıb. O, Gürcüstan tərəfini gürcü deputatlarla baş vermiş insidentin detalları ilə tanış edəcək.

Bundan əvvəl Teymuraz Şaraşenidze bildirib ki, deputatlar İrma Nadiraşvili və Zurab Caparidze bəyannamədə göstərilməyən valyutanı  keçirdikləriə görə saxlanılıblar.

“Onları müvəqqəti olaraq Bakı aeroportunun terminalında saxlayıblar”, – Gürcüstan KİV-i səfirdən sitat gətirib.

Mənbənin məlumatına görə, iyunun 19-da saa 21:0-da deputatlar artıq Tiflisə gediblər (Turan IA).

Ana səhifəXəbərlər1 milyon dollar qalmaqalı böyüyür