Özünü Yenidən Kəşf Edirsən ?

Mən dəfələrlə sıfıra düşmüşəm, geri qayıtmışam, yenidən başlamışam. Dəfələrlə kariyeramı dəyişmişəm. Hərdən ona görə ki maraqlarım dəyişirdi, hərdən ona görə ki, geri qayıtmaq üçün körpüləri yandırmışdım, hərdən ona görə ki əvvəlki iş yerimdə hamıya nifrət edirdim…

Source:


Ceyms Altuçer, proqramçı, investor, yazıçı və bisnesmendir. Onun məqaləsinin sizin özünüzü yenidən kəşf etməyinizə böyük köməyi edəcək.

Mən dəfələrlə sıfıra düşmüşəm, geri qayıtmışam, yenidən başlamışam. Dəfələrlə kariyeramı dəyişmişəm. Hərdən ona görə ki maraqlarım dəyişirdi, hərdən ona görə ki, geri qayıtmaq üçün körpüləri yandırmışdım, hərdən ona görə ki əvvəlki iş yerimdə hamıya nifrət edirdim, ya da hamı mənə nifrət edirdi. Amma mən hər zaman özümü kəşf etməkdə davam etmişəm. Burda sizinlə bölüşdüyüm illərin təcrübəsidir. Mənim üçün bu işlədi. İstiyirsənsə sən də yoxla, ya da yoxlama. Özün bilərsən.


1- Yenidən kəşf heç vaxt dayanmır.

Hər gün sən özünü yenidən kəşf edirsən. Sən həmişə hərəkətdəsən. Amma istiqaməti sən özün seçirsən: irəli yoxsa geri.


2- Sıfırdan başla.

Keçmişdə sahib olduğun etiketlərə iddia etmək lazımsız qürurdur. Həkim olmusan ? Ən prestijli universitetdə oxumusan ? Sənin milyonların olub ? Ailən var idi ? Bu heç kimin vecinə deyil. Sən artıq hər şeyi itirmisən. Sən sıfırsan. Bundan daha artıq olduğunu sübut etməyə çalışma.


3- Sənə müəllim lazımdı.

Yoxsa sən ən dibə çökəcəksən. Kimsə sənə necə hərəkət etməyi, necə nəfəs almağı öyrətməlidir. Amma müəllim tapmaq haqqında narahat olma. Oxumağa davam et.


Müəllimlər 3 cür olur


a.


Vasitəsiz.

Kim ki, sizin qarşınızda dayanacaq və sizə bunu necə etdiyini göstərəcək. Yeri gəlmişkən müəllimlər heç də karate filmlərindəki yapon daydaylar deyil. Müəllimlərin çoxsu sizə nifrət edəcək.


b. Vasitəli. Kitablar.

Filmlər. Sən müəllimin verəcəyinin 90 faizini kitablardan və digər materiallardan ala bilərsən. 200-500 arası kitab yaxşı bir müəllimə bərabərdir. Hərdən insanlar məndən soruşur ki, ‘Oxumağa hansı kitabı məsləhət görürsən?’. Mən bunun cavabını bilmirəm. Oxumağa 200-500 arası yaxşı kitab var. Mən özümü ruhlandıran kitablara atardım. İnancların hər nədirsə hər gün onları kitab oxumaqla möhkəmləndir.


c. Hər şey müəllimdir

. Əgər sən sıfırsansa və özünü yenidən kəşf etməyə can atırsansa, hara baxsan bu sənin üçün bir metafora olacaq. Gördüyün ağac, onun görmədiyin kökləri, ona həyat verən su, kompüter proqramlaşdırmanın metaforasıdır. Nöqtələri bir-birinə birləşdir və nəyə baxsan sənin üçün bir məna kəsb edəcək.


4- Əgər heç nəyə həvəsin yoxdursa narahat olma.

Sağlam olmaq üçün həvəsin var. Elə buradan başla. Balaca addımlarla davam et. Uğurlu olmaq üçün həvəsli olmağa ehtiyac yoxdur. Etdiyin işi sevgi ilə et, uğur təbii bir əlamətdir.


5- Özünü yenidən kəşf etmək üçün lazım olan vaxt: 5 il.

Beş il necə keçir :


– Birinci il:

Sağa-sola gedirsən, əlinə keçən hər şeyi oxuyursan və ilk dəfə ETMƏYƏ başlayırsan.


– İkinci il:

Sən artıq bilirsən kiminlə danışmalısan, şəbəkə qurmalısan. Sən artıq hər gün etməyə davam edirsən. Sənin artıq monopolya löhvəsinin necə göründüyündən xəbərin var.


– Üçüncü il:

Sən artıq bu işi pul qazanacaq qədər yaxşı bacarırsan. Bu ancaq yeməyə bəs etsə belə.


– Dördüncü il:

Sən artıq yaxşı yaşayırsan.


– Beşinci il :

Sən kalan pul qazanırsan

Mənə 1-4 illər arası çətin olur. Özüm-özümə deyirəm ki, ‘bu niyə alınmır axı ?’ Divara yumruq vururam, əlim incidir, qəribə bir ritual şəklində kokosu götürüb divara tullayiram. Bu normaldır. Getməyə davam et.


6- Əgər sən bunu çox tez yaxud çox yavaş edirsənsə deməli nəyisə səhv edirsən.

Google çox yaxşı nümunədir.


7- Söhbət pul deyil. Amma pul yaxşı ölçü vahididir.

İnsanlar deyəndə ki, ‘məsələ pulda deyil’, onlar gərək əmin olsunlar ki onların başqa ölçü vahidləri var.

’Sadəcə sevgi üçün etmək necə ?’ Günlər olacaq ki gördüyün işi sevməyəcəksən. Əgər bu işi yalnız sevgi üçün edirsənsə, bu 5 ildən çox çəkəcək.

Xoşbəxtlik sadəcə beynimizin pozitiv şəkildə qavramağıdır. Bir gün xoşbəxt olmaya da bilərsən. Beyin istifadə etdiyimiz bir alətdir. Biz beyindən ibarət deyilik.


8- Nə vaxt deyə bilərsən ki, ‘Mən X işi ilə məşqulam?’ X nə vaxtan sənin kariyerana çevrilir ?

Bugün.


9- Mən X işini görməyə nə vaxt başlaya bilərəm ?

Bugün. Rəssam olmaq istəyirsənsə get özünə kanvas, fırça və boya al. 500 kitabı yavaş-yavaş al, və başla. Yazı yazmaq istəyirsənsə, oxu və yaz. Sevdiyin müəllifin hekayəsini götür və sözbəsöz onu köçürt. Otur fikirləş, niyə o məhs bu sözdən istifadə edib.

Bizneslə məşqul olmaq istəyirsənsə, ideyanı formalaşdırmağa başla. Özünü yenidən kəşf bugündən başlayır. Hər gün davam edir.


10- Mən necə pul qazanım ?

Üçüncü ilə çatanda sən artıq 5000-7000 saat bu işlə məşqul olmuş olacaqsan. Bu, dünyada top 200-300-ə düşmək üçün kifayətdir. Fərqi yoxdur nə ilə məşqulsan, top 200də, yaşamaq üçün kifayət qədər pul qazanacaqsan.

Üçüncü ilində artıq necə pul qazanmağı biləcəksən. Dördüncü ilində sən bunu artıracaqsan və yaxşı yaşamağa başlayacaqsan. Bəzi insanlar 4cü ildə dayanır.


11- Beşinci ildə sən top 30-50-də olacaqsan, kalan pul qazanacaqsan.


12- Mən hardan bilim ki nə ilə məşqul olmaq lazımdır ?

500 kitab oxuya biləcəyin hər hansısa bir sahə. Get kitab mağazasına və tap onu. Üç ay sonra kitablar maraqlı olmasa yenidən mağazaya qayıt.

İlluziyalardan qurtulmaq lazımdır. Uğursuzluq normaldır. Uğur daha yaxşıdır, amma ən böyük dərsləri biz uğursuzluqla öyrənirik.

Bu çox vacibdir: Tələsmə. Sən özünü bu maraqlı həyatda bir neçə dəfə yenidən kəşf edəcəksən. Sən dəfələrlə uğursuzluğa düçar olacaqsan. Bu ki çox əyləncəlidir.

Çoxlu yenidən kəşflər sənin həyatını hekayə kitabına çevirəcək. Bəzi adamlar istəyir ki, onların həyatı hekayə kitabı yox dərslik olsun. Yaxşı ya pis, mənim həyatım hekayə kitabıdır.


13- Bugün etdiyin seçimlər sabah sənin bioqrafiyanda olacaq.

Maraqlı seçimlər et ki, maraqlı bioqrafiyan olsun.


13a- Bugün etdiyin seçimlər sabah sənin biologiyanda olacaq.


14- Bəlkə mənim qaranlıq bir şeydən xoşum gəlir ? Bibliya arxeologiyası ya da 11-ci əsr hərb sənəti ?

Yuxarda göstərilən addımları təkrarla və 5 ildən sonra kalan pul qazanacaqsan. Bilmirəm necə. Yolun axırını görməyə çalışma, çünki sən hələ yolun lap əvvəlindəsən.


15- Mənim ailəm istəyir ki mən mühasib olum. Nə etməliyəm ?

Ömrünün neçə ilini öz ailənə söz vermisən ? On ? İyirmi ? Bütün həyatını ? Onda növbəti həyatı gözlə. Yaxşı xəbər odur ki : Sənin seçmək şansın var.

Azadlığı seç ailəni yox. Azadlığı seç, qərəzli fikri yox. Azadlığı seç, dövləti yox. Azadlığı seç, insanları məmnun etməyi yox. Onda özün də məmnun olacaqsan.


16- Mənim müəllimim istəyir ki mən bunu onun etdiyi kimi edim.

Onun yolunu öyrən, sonra isə öz bildiyin kimi et. Hörmətlə.

Ümid edirəm heç kim sənin başına tapança dayamayıb. Onda sən doğurdan da onun dediyi kimi etməlisən, tapançanı aşağı salana qədər.


17- Mənim həyat yoldaşım narahatdır ki, uşaqlara kim baxacaq ?

Hər gün 16 saat, 7 gün mühafizəçi işlədikdən sonra boş vaxtından özünü kəşf etmək üçün istifadə et.

Özünü kəşf edən insanın həmişə boş vaxtı olur. Özünü kəşf etməyin bir hissəsi də ondan ibarətdir ki, sən balaca zaman hissəciklərini yığıb özün istədiyin kimi birləşdirirsən.


18- Mənim dostlarım məni dəli hesab edirsə, onda necə ?

Bu nə dostlardı ?


19- Mən kosmonavt olmaq istəyirəmsə onda necə ?

Bu özünü yenidən kəşf deyil. Bu dəqiq bir sənətdir. Kosmosdan xoşun gəlirsə, bununla əlaqəli görməli çox iş var. Riçard Branson kosmonavt olmaq istəyirdi və Virgin Galactic-in əsasını qoydu.


20- Mən partiləri, yeyib-içməkləri sevirəmsə onda necə ?

Bir ildən sonra bu yazını bir də oxuyarsan.


21- Mən öz həyat yoldaşımı yaxud öz partnyorumu aldatmaqla məşqulamsa onda necə ?

2-3 ildən sonra, işini və dostlarını itirdikdən sonra bu yazını bir də oxu.


22- Mən heçnə bacarmıramsa onda necə ?

‘İkinci’ bölməni bir də oxu.


23- Mənim diplomum yoxdursa ya da lazımsız bir diplomum varsa onda necə ?

‘İkinci’ bölməni bir də oxu.


24- Mən öz borclarımı, kreditlərimi ödəməklə məşqulamsa onda necə ?

’17-ci’ bölməni bir də oxu.


25- Mən özümü çöldə dayanıb içəri baxan bir adam kimi hiss edirəmsə onda necə ?

Eynşteyn də çöldə dayanıb içəri baxan adam idi. Heç bir şirkət onu işə götürməzdi.


26- Mən 500 kitab oxuya bilmərəm. Məni ruhlandıran 1 dənə kitab adı de.

Təslim ol.


27- Özümü kəşf edə bilməyəcək qədər xəstəyəmsə onda necə ?

Özünü yenidən kəşf sənin bədəninin kimyasını dəyişdirəcək. Getməyə davam et. Ən sağlam insan olmasan da, daha sağlam olacaqsan. Xəstəliyi bəhanə gətirmə. Ən birinci sağlamlığını yenidən kəşf et. Daha çox yat, daha yaxşı qidalan, idman elə.


28- Mənim iş yoldaşım mənə atıb, hələ də onun dərdin çəkirəm.

Dərd çəkdin bəsdi. Bir daha onun haqqında fikirləşmə. Bundan əlavə, problemlərin yarsından çoxu onda yox, elə sənin özündə idi.


29- Məni türməyə basırlarsa onda necə ?

Əla! ‘İkinci’ bəndi bir də oxu. Türmədə kalan kitab oxu.


30- Mən çox utancağamsa onda necə ?

Öz zəif tərəflərinizdən daha güclü olmaq üçün istifadə edin. İntrovertlər daha yaxşı dinləyə bilirlər, fikirlərini daha yaxşı cəlb edə bilirlər, insanlara daha xoş təsir bağışlaya bilirlər.


31- Mən 5 il gözləyə bilmirəmsə onda necə ?

Beş il sonra yaşamağı planlaşdırırsansa, sən də hamı kimi bugündən başlamalısan.


32- Mən necə şəbəkə qurmalıyam ?

Balaca çevrələr qur. Sən ən mərkəzdəsən. Növbəti çevrə ailə və dostlardır. Növbəti çevrə internetdəkilər.  İşlə əlaqəli görüşdüyün, kofe içdiyin insanlar. Qatıldığın konferenslərdəki insanlar, ideya liderləri. Daha sonra müəllimlər çevrəsi. Ondan sonra isə müştərilər və sənə kalan pul qazandıran insanlar çevrəsi.

Çevrələrlə öz yolunu çək.


33- Etdiyim iş haqqında eqom varsa onda necə ?

6-12 aydan sonra ‘ikinci’ bəndə qayıdacaqsan.


34- Mənim iki şeyə həvəsim var. Bilmirəm hansını seçim.

İkisini birləşdir və dünyada bu iki şeyi ən yaxşı birləşdirən sən olacaqsan.


35- Mən o qədər həvəslənmişəm ki, öyrəndiyim şeyləri öyrətmək istəyirəm.

Youtube-da öyrətməyə başla. Bir nəfərlik izləyici ilə başla, sonra bax o artır ya yox.


36- Mən yatanda pul qazanmaq istəyirəm.

4 ildən sonra etdiyin işi outsource etməyə başla.


37- Mən müəllimləri, ideya liderlərini necə tapım ?

100-200 kitab oxuyandan sonra, 10 ideya yaz və 20 potensial müəllimə göndər.

Onlardan heç biri cavab verməyəcək. 10 ideya daha yaz və 20 müəllimə göndər. Hər həftə bunu təkrarla. Öyrənməyin haqqında blog yarat, community qur.


38- Ağlıma heç bir ideya gəlmirsə onda necə ?

İdeyalar haqqında fikirləşməyə davam et. Fikirləşməyi məşq etməlisən. Mənim üçün ayaq barmaqlarıma toxunmaq çətindi, çünki bunu hər gün etmirəm. Hər gün bunu eləsəm, rahatlıqla barmaqlarıma toxunmağı öyrənərəm. Bir günə ən bomba ideyalar fikirləşəcəyini gözləmə.


39- Başqa nə oxumalıyam ?

Kitablardan SONRA, veb səhifələri, forumları, jurnalları. Amma bunun çoxsu zibil yığınıdı.


40- Sənin dediyin hər şeyi edirəm amma yenə də heçnə alınmırsa onda necə ?

Alınacaq. Biraz səbr elə. Özünü hər gün kəşf etməyə davam et.

Yolun axırını tapmağa çalışma. Sən dumanlı havada görə bilmirsən. Amma ən azı hər addımını görə bilirsən, və əminsən ki hər balaca addım səni yolun sonuna gətirib çıxardacaq.


41- Mən depressiyadayam.

Hər gün 1 saat səssizlikdə otur. Sən öz içində, ən başlanğıca dönməlisən.

Əgər bu fikir sənin üçün axmaq səslənirsə onda bunu etmə. Depressiv qalmağa davam et.


42- Mənim səssizlikdə oturmağa vaxtım yoxdu.

Onda gündə iki saat səssizlikdə otur. Bu meditasiya deyil. Bu sadəcə olaraq oturmaqdır.


43- Mən qorxuram.

Gündə 8-9 saat yat və qeybətdən uzaq dur. Yatmaq sağlamlığın bir nömrəli açarıdır. Bəzi adamlar deyir ki, ‘Mənə 4 saat yatmaq bəs edir’, ‘Çox yatmaq tənbəllikdir’, o insanlar uğur qazanmayacaqlar və cavan öləcəklər.

Bəs qeybət ?

Beyin biolojik olaraq 150 dost istəyir. Əgər sən bir dostunla görüşmüsənsə digər 150 dostun haqqında qeybət edə bilərsən. Əgər 150 dostun yoxdursa onda beyin qeybət jurnalları oxumaq istəyəcək ki, özünə 150 nəfər dost tapsın.

Beynin kimi sən də axmaq olma.


44- Mən elə hiss edirəm ki mənə heç bir şey kömək etmir.

Gündə 10 dəqiqə təşəkkür praktikasını məşq et. Qorxunu basdırma. Hirsdən, aqressiyadan xəbərdar ol.

Sahib olduğun hər şeyə görə minnətdarlıq hissini keçirməyi özünə icazə ver. Hirs insanı ruhlandırmır amma minnətdarlıq hər dəfə bunu edir. Təşəkkür, sənin dünyan ilə yaradıcı ideyaların yaşadığı paralel dünya arasındakı körpüdür.


45- Mən hər dəfə şəxsi problemlərimlə, komplekslərimlə əlləşməli oluram.

Səni əhatə edən yeni insanlar tap.

Özünü kəşf edən insan hər dəfə gedib onu həvəsdən salan adamları tapır.

Biolojik olaraq beyin özünü kəşfdən qorxur, çünki stabillik pozulur və təhlükə yarana bilər. Ona görə də beyin hər dəfə qarşına adamlar çıxardır ki səni durdursunlar.

Yox deməyi öyrən.


46- Mən öz ofis işimdən çox razıyam.

Uğurlar!


47- Mən niyə sənə inanmalıyam ? Sən o qədər uğursuzluğa düçar olmusan ki ?

İnanma.


48- Mənim müəllimim olarsan ?

Sən artıq bu yazını oxudun.

Mənbə:

techcrunch.com

Fotolar: Paxon Woelber, Stavros Karabinas, Norman Schultz, Elade Manu

Ana səhifəXəbərlərÖzünü Yenidən Kəşf Edirsən ?