Ömər Məmmədova 6 il azadlıqdan məhrumetmə cəzası istənildi

Xalid Bağırov: “Təqsirləndirilən şəxsin təqsiri sübuta yetirilməyib”

Source:

Xalid Bağırov: “Təqsirləndirilən şəxsin təqsiri sübuta yetirilməyib”

Facebook fəalı Ömər Məmmədovun işi üzrə bugünki məhkəmədə dövlət ittihamçısı çıxış edib. Prokuror Erkin Qafarov təqsirləndirilən şəxsi qanunsuz narkotik ticarətinə görə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, 6 il müddətinə azadlıqdan məhrum etməyi istəyib.

Buna cavabda Ömər Məmmədov ona qarşı cinayət işinin siyasi motivli olduğunu bildirib.

Daha sonra vəkil Xalid Bağırov yəkun sözlə çıxış edib. O bildirib ki, təqsirləndirilən şəxsin təqsiri sübuta yetirilməyib. İstintaq prosessual normaların kobud şəkildə pozulması ilə aparılıb. Xüsusən, Ömər Məmmədovun guya narkotik əldə etməsi haqqında əməliyyat məlumatı yoxlanılmayıb. Əməliyyatçılar səlahiyyətlərini aşaraq, müstəntiq funksiyalarını öz üzərlərinə götürüblər, əməliyyat tədbiri özü isə məhkəmə qərarı olmadan həyata keçirilib. Nəhayət, Ömər Məmmədov saxlanıldıqdan sonra vəkillə görüşdən məhrum edilib. Buna görə vəkil hüquq-mühafizə orqanlarının özbaşınalığa yol verdiyini bildirib. “Amma Azərbaycan Şimali Koreya olmayacaq” – deyə vəkil bildirib. Bundan sonra hakim Eldar Mikayılov vəkilə dəfələrə xəbərdarlıq edib. Sonda vəkil məhkəməni Məmmədova bəraət verməyə çağırıb.

İkinci vəkil – Əlaif Həsənov çıxışa hazır olmadığı üçün onun çıxışı iyunun 28-nə qədər təxirə salınıb.

Ana səhifəXəbərlərÖmər Məmmədova 6 il azadlıqdan məhrumetmə cəzası istənildi