Avropa Məhkəməsi Aqil Xəlilin işini araşdırır

Azərbaycan hökuməti Aqil Xəlil işi ilə bağlı məhkəmənin 15 sualını cavablandırıb

Source:

Azərbaycan hökuməti Aqil Xəlil işi ilə bağlı məhkəmənin 15 sualını cavablandırıb

Avropa İnsan Haqları Məhkəməsində “Azadlıq” qəzetinin ardıcıl basqılar səbəbindən Fransaya mühacirət etmək zorunda qalmış əməkdaşı Aqil Xəlilin şikayətlərini araşdırmağa davam edir. Beynəlxalq məhkəmənin jurnalistin şikayətləri ilə bağlı sorğularını Azərbaycan hökumət cavablandırıb. Bu barədə jurnalistlərin hüquqlarını müdafiə edən Media Hüququ İnstitutu (MHİ) məlumat verir. Avropa Məhkəməsi bununla bağlı jurnalistin vəkillərini bilgiləndirib. Azərbaycan hökuməti Aqil Xəlil işi ilə bağlı məhkəmənin 15 sualını cavablandırıb. Məhkəmə həmçinin, jurnalistin vəkillərinə hökumətin cavabları ilə bağlı mülahizələri təqdim etmək üçün iyul ayının 3-dək vaxt verib.

Hökuməti tənqid edən yazıları ilə tanınan Aqil Xəlil 2008-ci ilin fevral ayında Bakıdakı Zeytun bağlarında peşə fəaliyyətini yerinə yetirərkən Milli Təhlükəsizlik Nazirliyinin yüksək rütbəli işçilərinin hücumuna məruz qalmışdı. Zeytun bağlarında ağacların kəsilməsini lentə alan jurnalist vəhşicəsinə döyülmuş, üz, əl, sinə, baş nahiyəsindən xəsarətlər almış, barmağı qırılmışdı. Bunun ardınca, jurnalist dəfələrlə ölümlə təhdid edilmiş, onun şikayətini araşdıran müstəntiqin işgəncələrinə, qeyri-insani rəftarına məruz qalmış, ölkədən çıxmasına qanunsuz əngəllər yaradılmış, məhkəmə qərarı olmadan mobil telefon kommunikasiyası izlənmiş, onun guya cinsi azlıqların nümayəndələri ilə əlaqələrinin olması barədə hökumətin nəzarətində olan telekanallarda xəbərlər yayımlanmışdı.

Aqil Xəlilin hüquqlarını Media Hüququ İnstitutunun vəkilləri Rəşid Hacılı və Elçin Sadıqov müdafiə edirlər. Vəkillərin AİHM-ə şikayətlərində qeyd olunur ki, ölkə məhkəmələri jurnalistin şikayətləri üzrə qərarlar verərkən onun Avropa Konvensiyasında təsbit olunmuş yaşamaq (maddə 2), işgəncələrin qadağan olunması (maddə 3), azadlıq və toxunulmazlıq (maddə 5), ədalətli məhkəmə araşdırması (maddə 6), şəxsi həyata hörmət (maddə 8), ifadə azadlığı (maddə 10), səmərəli hüquqi müdafiə vasitələri (maddə 13), hərəkət etmək azadlığı (4 Saylı Protokolun 2-ci maddəsi) hüquqlarını pozublar.

Ana səhifəXəbərlərAvropa Məhkəməsi Aqil Xəlilin işini araşdırır