Mirşahindən Aqil Abbasadək

Siyası sifarişlə çıxarılan hökmlər oxunarkən hakimin arxasındakı divarda herbimiz küçə söyüşlərinə qərq olur, baxmayaraq ki, onun başında furajka olmur, amma əynində mantiya olur

Source:

Siyası sifarişlə çıxarılan hökmlər oxunarkən hakimin arxasındakı divarda herbimiz küçə söyüşlərinə qərq olur,  baxmayaraq ki, onun başında furajka olmur, amma əynində mantiya olur

Gülər Əhmədovanın tərtib etdiyi parlamentciyin də özünün Mirşahini varıymış. Mirşahinin kim olduğunu izah etməyə ehtiyac yoxdur. Bircə xatırlatmadan sonra mətləbin üstünə gələcəm. Bu adam “Hesabat” verilişinində, NİDA-çılara haqsız və qəddar hökm oxunan günü məhkəmə qarşısına toplaşmış işıqlı gənclərin hökmə etiraz olaraq, Azərbaycan himnini oxuyarkən, bəzilərin ayağa qalxmamalarını tənqid edirdi. Daha nə deyəsən? Azərbaycanı, onun rəmzlərini canlarından artıq sevən işıqlı, əqidəli gəncləri şərləyibuzunmüddətlihəbsə atırlar,adam bundan yox, onların əqidədaşlarının himnimizi otura-otura oxumalarından narahat olurmuş. Əsl parodiyadır! Əgər o, dövlətimizin himniniə bu qədər sayğılı yanaşırsa, görəsən bir-sıra tədbirlərdə himnimiz səsləndirilərkən birinci də daxil olmaqla, heç bir dövlət rəsmisinin onu oxumadıqlarını niyə görmür? “Mən mücərrəd demokratiya və söz azadlığını qəbul etmirəm” deyən jurnalistin başqalarına dərs keçməsi də gözəl parodiya nümunəsidir.

Aqil Abbas Azərbaycanın qəhrəman xanımı Leyla Yunusun polisin furajkasını yerə fırlatmasından bərk əsəbiləşibmiş. Həmin furajkanın üstündə dövlətimizin herbi varıymış və onu polisin başından götürülüb fırladanda herbimiz dəhşətli dərəcədə təhqir olunubmuş. Mən də dövlət rəmzlərinə hörmətlə yanaşmağın tərəfdarıyam. Lakin herbi Leyla Yunus təhqir etməyib. O herb qadının oturduğu unitaza soxanın başına qoyulanda artıq təhqir olunmuşdu. Leyla xanım müqəddəs herbimizi natəmiz bir yerdən götürüb müqəddəs vətən torpağının üstünə atdı.

Leyla Yunus uzun illərdir ki, Azərbaycanın mədəni, hüquqi və sivil cəmiyyət olması üçün çalışır. Elə bir cəmiyyət ki, orada herb də, himn də, seçki də insan haqları da və s. müqəddəslik səviyyəsinə qalxsın, hamı tərəfindən hörmət edilsin. Aqil Abbas zəhmət çəkib bizim məhkəmədə iştirak edəydi və gözləri ilə görəydi ki, mənim və İlqar Məmmədovun qırmızı-qırmızı üzünə duran sıravi-zabit polislər o herbi necə aşağılayırlar. Vətəndaşlar öz konstitusiya hüquqlarını istifadə edərək, dinc etiraz aksiyası keçirmək istəyərkən, qadın, yaşlı, əlil demədən onları acımasız təpikləyən, şillələyən, zopalayan herbli furajkalardır, dövlətin qürurunu təhqir eyləyənlər. Müxalifətçilərin cibinə narkotik, evinə silah qoyub həbsə atdıran polislərdir herbimizi ayaqlar altına atan. Əli Kərimlinin cibindən qumbara “tapan” polislərdir herbimizin ünvanına söyüş söyənlər. Bətnində Hacı Məmmədovlar bəsləyən DİN-dir herbimizi urvatsız edən.

Azərbaycan xalqına herbi qazandıran əsas simalardan biri də məhz Leyla Yunusdur. Türkdən, türkçülükdən çox danışan Aqil Abbas Leyla xanımın  xidmətlərini görməzdən gələ bilər. Bəs bütöv bir zor aparatının 60 yaşlı məsum, xəstə  qadının üstünə yeridiyibir vaxtda, müdafiə etmək əvəzinə qılıncını sıyırıb onun üstünə cummaq nə deməkdir? Bu ki, elementar  etika məsələsidir. İqtidar mərd və yenilməz Leyla xanımın üstünə təhqir və böhtanlarla dolu kimi yağdırır. Bu prosesdə “Dolu”nun müəllifi Aqil Abbas da yer alıb. Bilrsiniz bu niyə belədir? Çünki bu ölkədə herb və bunun kimi dəyərlərə hörmət olunmur. Siyası sifarişlə çıxarılan hökmlər oxunarkən hakimin arxasındakı divarda iri herb olur. Hökmü oxuyarkən, hakim bu herbi küçə söyüşlərinə qərq edir. Baxmayaraq ki, onun başında furajka olmur, amma əynində mantiya olur.  Aqil Abbas isə bunları görmür, özünün təbirincə desək,filanıncı dairənin deputatının maaşını almaqla məşğul olur.

Ana səhifəXəbərlərMirşahindən Aqil Abbasadək