“Amma NDİ-nin Azərbaycandakı yekun statusu ilə bağlı hər-hansı fikrim, şərhim yoxdur”
ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar ABŞ-ın Milli Demokratiya İnstitutuna (NDİ) qarşı cinayət işinin açılması ilə bağlı mətbuatda gedən məsələyə aydnlıq gətirib.
Jurnalistlərin məsələ ilə bağlı şərh vermək xahişinə cavabda səfir prokurorluğa müraciət etməyi tövsiyə edib.
“NDİ ilə bağlı müxtəlif KİV-də əks olunan ittihamlar yalnışdır, səhvdir, cəfəngiyyatdır. Biz hesab edirik ki, NDİ Azərbaycan qanunvericiliyinə tam uyğun şəkildə fəaliyyət göstərib.
Amma NDİ-nin Azərbaycandakı yekun statusu ilə bağlı hər-hansı fikrim, şərhim yoxdur”, deyə o bildirib.
Xatırladaq ki, Azərbaycan hakimiyyəti NDİ-ni gənclər təşkilatlarının maliyyələşdirilməsi yolu ilə rəngli inqilab hazırlamaqda ittiham edib və faktiki olaraq, bu qurumun fəaliyyətini qadağan edib.
Öz növbəsində, NDİ dəfələrlə bu ittihamları təkzib edərək, şəffaf və qanun çərçivəsində fəaliyyət göstərdiyini sübut edib.