Sabina Freyzerdən fərqli olaraq Araz Əzimov Leyla Yunusun suallarını cavabsız buraxdı

“Polis rəisi mənə erməni deyirsə, hansı sülh danışıqlarına ümid etmək olar?”

Source:


“P


olis r


ə


isi m


ə


n


ə


erm


ə


ni deyirs


ə


, hans


ı


s


ü


lh dan


ışı


qlar


ı


na


ü


mid etm


ə


k olar?



İyunun 16-da NATO Parlament Assambleyasının “Cənubi Qafqaz: çağırışlar və imkanlar” mövzusunda keçirilən seminarı həm də Sülh və Demokratiya İnstitutunun  direktoru Leyla Yunusun Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimova  sualları ilə yadda qalıb.

Hüquq müdafiəçisi nazir müavininə xitabən sual edib ki, Azərbaycanda anti-erməni təbliğatı pik həddinə çatdığı halda sülh danışıqlarına necə ümid etmək olar? Rəsmi Bakının apardığı siyasət nəticəsində respublikamız Ermənistanı yoluyla gedir: “Necə ki, 1965-ci ildə Moskvanın dəstəyi ilə ermənilər “genosid” ifadəsilə anti-türk təbliğatı başladı və iki nəsilə azərbaycanlılar və türklər düşmən kimi təlqin olundu. Bu təbliğat elə güclü xarakter aldı ki, nəticədə Dağlıq Qarabağ münaqişəsi yarandı. Bu gün Azərbaycan da həmin təbliğat yolunu seçib”.

Leyla Yunus Yasamal Rayon Polis İdarəsinin rəisi İsmayıl Əsədovun onun barəsində dediklərini də nazir müavininə xatırladıb: “Aprelin 29-da polis rəisi mənə dedi ki, sən azərbaycanlı yox, ermənisən. Bu adam erməni qadınlarına qarşı bütün işgəncələrin keçərli olduğunu heç gizlətmədi də. Onun dedikləri internetdə yayılıb, belə olanda, hansı sülh danışıqlarına ümid etmək olar?”.

Ancaq Araz Əzimov bu sualları cavabsız buraxıb.

Leyla Yunus tədbirdə iştirak edən Beynəlxalq Böhran Qrupunun Avropa proqramlarının direktoru Sabina Freyzerə də suallar ünvanlayıb: “Siz öz çıxışınızda Rauf Mirqədirovu xatırladınız. Nəzərə alın ki, o, “erməni casusu” ittihamıyla həbs olunub. Halbuki, Rauf Mirqədirov 2005-ci ildən Böyük Britaniya XİN-nin dəstəyiylə həyata keçirilən layihədə iştirak edirdi. 2012-ci ildən biz erməni həmkarlarımızla birgə sülh dialoqu üçün sayt da təsis etmişdik. Rauf Mirqədirov bu layihədə fəal iştirak edirdi, təsəvvür edin ki, onu bu gün Ermənistana casusluqda ittiham edilər. O cümlədən, mənə və digər iştirakçılara da güclü təzyiqlər davam edir. Baxmayaraq ki, erməni həmkarımız Laura Baqdasaryan aprelin 25-də “Biz uşaqlarımız üçün sülh istəyirik” başlıqlı bəyanatla çıxış etdi. Amma bu gün Rauf Mirqədirov həbsdədir. Bütün bunlardan sonra Siz “xalq diplomatiya”sına inanırsınız? Nəzərə alın ki, hakimiyyət bu gün “xalq diplomatiyası”nın sərhədlərini məhdudlaşdırmaqla nəzarətə götürüb, sonra isə öz təbliğat siyasətlətinin alətinə çevirməkdir”.

Sabina Freyzer Leyla Yunusla razılaşaraq bildirib ki, bu gün Azərbaycanda vətəndaş cəmiyyəti dəhşətli şərtlər altındadır və bu, “xalq diplomatiya”sına neqativ təsirlərini göstərməkdədir. O cümlədən, Ermənistan-Azərbaycan cəmiyyətlərinin əlaqələrinin bütün aspektlərinə.

Ana səhifəXəbərlərSabina Freyzerdən fərqli olaraq Araz Əzimov Leyla Yunusun suallarını cavabsız buraxdı