İyunun 17-də iki iddiaya baxılacaq

Rauf Mirqədirov hakim heyətinin dəyişməsi məsələsini qaldıra bilər, Anar Məmmədlinin ofisində isə qanunvericilikdə nəzərdə tutulan vergi yoxlanışı keçirilməyib

Source:


Rauf Mirqədirov hakim heyətinin dəyişməsi məsələsini qaldıra bilər,  Anar Məmmədlinin


ofisind


ə


is


ə


qanunvericilikd


ə


n


ə


z


ə


rd


ə


tutulan vergi yoxlan


ışı


ke


ç


irilm


ə


yib

İyunun 17-də saat 16:00-da Bakı Apellyasiya Məhkəməsində hakim Camal Ramazanovun sədrliyi ilə “Zerkalo” qəzetinin həbsdə olan icmalçısı Rauf Mirqədirovun iddiası üzrə məhkəmə prosesi keçiriləcək.

Prosesdə Rauf Mirqədirovun Türkiyədə hüquqlarının müdafiə edilməsi üçün vəkillərə notariat qaydada etibarnamənin verilməsinə qadağa qoyan müstəntiq İ.Ləmbəranskinin qərarını qanuni hesab edən Nəsimi rayon Məhkəməsinin qərarından verilən apellyasiya şikayətinə baxılacaq.

Meydan TV-yə  açıqlama verən vəkil Elmar Süleymanov bildirib ki, məhkəmə tərkibinə etiraz ediləcəyi istisna etmir.

Eyni zamanda, həmin gün Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDT) rəhbəri Anar Məmmədlinin işi üzrə növbəti  məhkəmə prosesi keçiriləcək.

A.Məmmədlinin vəkili Elçin Sadıqov Meydan TV-yə deyib ki, proses SMDT-də keçirilən vergi axtarışlarla bağlıdır: “İclas 1 saylı inzibatı iqtisad məhkəməsində saat 14:30-da keçiriləcək. Tələbimiz 7 fevral  2014-cü ildə Anar Məmmədlinin işi ilə bağlı aparılan vergi yoxlanması aktının  etibarsız sayılması ilə əlaqədardır. Məhkəmə iddiasını QHT-lərə Dövlət Dəstəyi Fonduna,  Maliyyə Nazirliyi və Vergilər Nazirliyinin yanında Vergi Auditi Departamentinə qarşı qaldırmışıq. Qanunvericilik müəyyən edib ki, vergilərlə bağlı axtarış qanuni olaraq əsaslandırılmış şəkildə aparıla bilər. A.Məmmədlinin çalışdığı ofisdə isə qanunvericilikdə nəzərdə tutulan vergi yoxlanışı keçirilməyib. Və çox təəssüf ki, məhkəmə bu  vergi yoxlanmasının nəticəsi olan qanunsuz  akt əsasında A.Məmmədlini qanunsuz olaraq həbs edib”.

Ana səhifəXəbərlərİyunun 17-də iki iddiaya baxılacaq