“
Azneft
”
meydan
ı
nda n
ə
qliyyat
ı
n h
ə
r
ə
k
ə
tini dayand
ı
rma
ğ
a c
ə
hd g
ö
st
ə
ribl
ə
r, lakin…
İyunun 16-da Qarabağ Azadlıq Təşkilatının (QAT) 20-ə yaxın fəalı Bakının mərkəzində “Four Seasons” Hotelinin qarşısında etiraz aksiyası keçirməyə cəhd göstərib.
QAT üzvləri NATO PA-nın “Rose Routh” seminarında erməni nümayəndələrin iştirakına etirazlarını bildiriblər.
Aksiya iştirakçıları “Rədd olsun Ermənistan!” plakatını tutublar.
Polis aksiya iştirakçılarını binadan uzaqlaşdırıb. Daha sonra fəallar “Azneft” meydanında nəqliyyatın hərəkətini dayandırmağa cəhd göstəriblər, lakin oradan da kənarlaşdırılıblar. Saxlanılanlar barədə məlumat verilmir.