Keçmiş təhsil naziri təcili əməliyyat olunmalıdır
İstiqlalçı millət vəkili, keçmiş təhsil naziri, tanınmış alim-türkoloq Firudin Cəlilovunun (Ağasıoğlu) səhhəti ağırlaşıb. Meydan TV-yə alimin səhhəti haqqında məlumat verən yaxınlarının bildirdiyinə görə, Firudin müəllimin sağlamlıq problemləri əvvəllər də olub və bir neçə dəfə əməliyyat edilib: “Ancaq son durum istiqlalçı millət vəkilinin təcili əməliyyat olunmasını tələb edir. Türkiyədəki həkimi deyib ki, günlər yox, saatlar onun taleyini həll edə bilər. Birtəhər ayaq üstə gəzməyinə baxmayaraq, əməliyyat olunmasa, tezliklə və qəfildən həyata vida edə bilər”.
“Ancaq Firudin Cəlilovun əməliyyatı üçün maliyyə vəsaiti yoxdur və ailəsi hələ köhnə əməliyyatın borcunu ödəyir. Bilirsiniz ki, istiqlal deputatlar adi pensiya alır, onlara sonrakı dövrün saxta deputatların pensiyasının onda birini də vermirlər” – yaxınları belə deyib.