Zimbabvenin lideri vəfat edib

“Muqabenin sonu epik oldu – o, evdən uzaq, acı, tənha bir şəkildə öldü”

Source: Meydan tv


“Muqabenin sonu epik oldu – o, evdən uzaq, acı, tənha bir şəkildə öldü”

Zimbabvenin müstəqillik simvolundan avtoritar liderə çevrilən Robert Muqabe 95 yaşında vəfat edib, – BBC xəbər verir.

Muqabe apreldən bəri Sinqapurda yerləşən xəstəxanada müalicə alırdı. O, 37 il hakimiyyətdə olduqdan sonra 2017-ci ildə hərbi çevrilişlə devrilib.

Keçmiş prezidentin qaradərililərin sağlıq və təhsil imkanlarının genişləndirilməsində böyük rolu olub.

Lakin sonrakı illərdə onun hakimiyyəti siyasi rəqiblərinin repressiyası və Zimbabvenin iqtisadi çöküşü ilə yadda qalıb.

Zimbabvenin hazırkı prezidenti Emmerson Mnanqaqva (Mnangagwa) “twitter hesabında Muqabeni "azadlıq ikonası" adlandıraraq onun ölümündən "son dərəcə kədərləndiyini" bildirib.

Mnanqaqva onu əvəz etməzdən əvvəl Muqabenin müavini olub.

Sinqapur Xarici İşlər Nazirliyi Muqabenin nəşinin vətəninə aparılması üçün Zimbabve səfirliyi ilə əlaqədə olduğunu deyib.

21 Fevral 1924-cü ildə bəyaz dərili azlıq tərəfindən idarə edilən Rodeziya (Rhodesia) adlı ingilis müstəmləkəsində anadan olmuş Muqabe 1964-cü ildə Rodeziya hökumətini tənqid etdiyi üçün 10 ildən çox müddətə mühakimə olunmadan həbs edilib.

1973-cü ildə hələ həbsdəykən, o, təsisçisi olduğu Zimbabve Afrika Milli Birliyinin (Zanu) prezidenti seçilib.

Azad olduqdan sonra Mozambikə gedən Muqabe oradan Rodeziyaya qerilla yürüyüşləri təşkil edir. O, eyni zamanda bacarıqlı natiq olaraq tanınır.

Böhranın sona çatması üçün aparılan siyasi razılaşmalar nəticəsində yeni müstəqil Zimbabve Respublikası yaranır.

Müstəqillik hərəkatındakı yüksək fəallığı ilə yaddaşlarda qalan Muqabe 1980-ci ildə respublikanın ilk seçkilərində böyük səs çoxluğuyla prezident seçilir.

Lakin onun hakimiyyətdə olduğu onilliklər ərzində ziddiyyətli idarəçiliyi Muqabe haqda düşüncələri dəyişdi. Belə ki, "güclü" lider şöhrətini qazanan Muqabe daha sonra tənqidçilər tərəfindən diktator adlandırılmağa başlandı.

“Muqabenin sonu epik oldu – o, evdən uzaq, acı, tənha bir şəkildə öldü”, BBC vurğulayıb.

Ana səhifəDünyaZimbabvenin lideri vəfat edib