Источник: Meydan.TV

Yer sürüşəndə

Статья обновлена:  31 Октябрь 2019

Yer sürüşməsi - Qlobal iqlim dəyişikliyinin dağıdıcı fəsadı

Sürüşmələr Azərbaycanın əsas “baş ağrılarından” biridir, yerli ekoloqlar belə hesab edir. Payız başlayar-başlamaz azərbaycanlı ekspertlər yenidən ölkədə sürüşmə zonasının aktivləşməsindən danışmağa başladılar. Ümumilikdə sürüşmə aktivliyi ölkənin 400 yaşayış məntəqəsində qeydə alınıb. Azərbaycanın dağlıq ərazisinin böyük hissəsi risk zonasına daxildir.

Bu günlərdə Azərbaycanın Milli Elmlər Akademiyasının (AMEA) alimləri bildirib ki, Böyük Qafqazın şimal-şərq yamaclarında pozuntular qeydə alınıb ki, bu da yeni sürüşmə və sellərə səbəb ola bilər. Tədqiq olunan sahələrdə təbii tarazlığın ciddi pozuntusu müşahidə olunur. Sürüşmələrin fəallaşmasına o cümlədən iqlim dəyişikliyi də səbəb olur.

İqlim necə dəyişir?

Yer kürəsində ciddi iqlim dəyişikliklərinin baş verməsindən xəbərsiz adam yoxdur. Dəyişikliklər bəzi ölkələrdə müşahidə olunan anomal istilik, digərlərində isə onlara xas olmayan çox sərt və qarlı qışla müşayiət olunur.

Qlobal istiləşmə həm də bütün təbii sistemlərdə balansın pozulmasına gətirib çıxarır, bu zaman yağıntıların düşməsi rejimində dəyişikliklər, hava temperaturunda anomaliyalar, tufan, daşqınlar və quraqlıq kimi təbii fəlakətlər baş verir.

Ottava Universiteti alimlərinin proqnozlarına görə, gələcəkdə qlobal iqlim dəyişikliklərinin ən dağıdıcı fəsadlarından biri də məhz sürüşmələr olacaq. Misal üçün, son 50 il ərzində Kanadanın əvvəllər daimi buzlaqlarla örtülmüş Benks adasında sürüşmələrin sayı qlobal temperaturun qalxması səbəbindən 60 dəfə artıb.

İstiləşmə nəticəsində Alp və Qafqaz dağlarında buzlaqların sahəsi iki dəfə azalıb, nəticədə Azərbaycanda da sürüşmə zonalarının sahəsi artıb.

«Azərbaycan ərazisinin təxminən dörddə bir hissəsi sürüşmələrin inkişafı üçün əlverişlidir. Bizdə sürüşmələr ilin istənilən vaxtı, amma daha çox yaz-yay aylarında baş tutur. Məhz bu dövrdə qarın əriməsi və yaz yağışları ilə birlikdə bütün dağ zonalarında qruntun hərəkəti aktivləşir», - AMEA “Landşaftşünaslıq və landşaft planlaşdırılması” şöbəsinin aparıcı elmi işçisi Stara Tarixazər deyir.

Quba rayonunun Güləzi kənd sakini

Quba rayonunun Güləzi kənd sakini

Источник: Meydan.TV

«Səs çıxdı, toz-duman qalxdı, bir də gördük ki, ev batdı»

“Sürüşmə yağış yağanda oldu. Gözümlə gördüm ki, ev batdı. Səs çıxdı, toz-duman qalxdı, bir də gördük ki, batdı yerə”, - 2010-cu ildə sürüşmədən zərər çəkən Quba rayonunun Güləzi kənd sakini Sevda Mahmudova danışır.

Quba rayonu ərazisinin böyük hissəsi dağlardan ibarətdir, sürüşmələr burada heç də nadir hal deyil. Hər il ölkənin müvafiq qurumları rayonun müxtəlif yerlərində baş verən sürüşmələrdən məlumat verir.

Sürüşmələrin aktivləşməsinə adətən məhz bol yağıntılar səbəb olur.

Güləzi kəndində sürüşmədən onlarla ev zərər çəkib. Yerli sakinlərin sözlərinə görə, bir neçə ev “yerlə yeksan olub”. Kənd qəbiristanlığı da demək olar ki, tamamilə dağılıb.

2010-cu ildə sürüşmədən zərər çəkən Quba rayonunun Güləzi kəndi

2010-cu ildə sürüşmədən zərər çəkən Quba rayonunun Güləzi kəndi

Источник: Meydan.TV

Dövlət o vaxt qərara gəldi ki, burada yaşamaq təhlükəlidir. Elə o vaxt da Quba rayonu yaxınlığında daha təhlükəsiz yerdə 80 evdən ibarət yeni kəndin salınmasına başlanıldı. Kəndi Yeni Güləzi adlandırdılar. Bura sürüşmədən zərər çəkən kəndin sakinləri köçməli idi.

Çoxu elə kənd salınan kimi köçdü. Amma “köhnə” Güləzidə də hələ yaşayanlar var. Əslində dağlarda yerləşən, qonşu dağlara və dərələrə gözəl mənzərələr açılan bu kənd ilk baxışdan heç də pis təsir bağışlamır. Amma xoş təəssüratı sürüşmədən dağılan evlər pozur. Demək olar ki, bütün evlərin divarlarında qalın çatlar görünür, evlərin çökdüyü, yana əyildiyi aydın görünür. Məktəb binası da qəzalı vəziyyətə düşüb. Yerli sakinlər bizə “yerə batan” bir neçə bina, o cümlədən də kənd klubunun yerini göstərir. Burada nə vaxtsa binanın olduğuna inanmaq çətindir.

2010-cu ildə sürüşmədən zərər çəkən Quba rayonunun Güləzi kəndi

2010-cu ildə sürüşmədən zərər çəkən Quba rayonunun Güləzi kəndi

Источник: Meydan.TV

Bakı – daha bir risk zonası

Azərbaycanda sürüşmələrdən təkcə regionlar əziyyət çəkmir. Paytaxt Bakıda da bir neçə sürüşmə zonası qeydə alınıb. Artıq bu payız mövsümü başlayar-başlamaz Komplesk Monitorinq və Hidrogeoloji Tədqiqatlar İdarəsinin mütəxəssisləri həyəcan təbili çalır. Onların sentyabrda apardığı monitorinqin nəticələrinə əsasən, Abşeron yarımadasında yenidən sürüşmə sahələri aktivləşib.

Bakıda Bayıl yamacında fəal sürüşmə prosesi 2017-ci ilin sonlarından müşahidə olunur. O vaxt təhlükəli sahədəki evlərdən 80 ailə təxliyə edildi. 2018-ci ilin may ayında sürüşmə yenidən aktivləşdi, qəzalı vəziyyətə düşən daha 22 evin sakinləri köçürüldü. 2019-cu ildə isə 98 evin sökülməsi planı açıqlandı.

Rəsmi məlumatlara əsasən, Azərbaycanda sürüşmələr hər il yüzlərlə evin dağılmasına səbəb olur və dövlətə 20-30 milyon həcmində zərər yetirir.

Bakı şəhəri, Bayıl qəsəbəsi

Bakı şəhəri, Bayıl qəsəbəsi

Источник: Meydan.TV

İnsan əli

Mütəxəssislər bildirir ki, sürüşmələrin fəallaşmasına həm də insan fəaliyyəti – yolların plansız salınması, infrastrukturun inkişafı: çoxmərtəbəli binalar, boru kəmərləri, kanallar, su anbarları da təsir edir.

Proses isə aşağıdakı kimi baş verir:

«Torpaq ağırlığı qəbul edir, ancaq altı gildir, ağırdır, sürüşkəndir, vazelin kimi, su keçir ora, onu şişirdib, eləyir sürüşkən, torpaq da ağırlığa tab gətirməyib, sürüşür aşağı, üstündə tikilən binalar da hamısı sürüşür», - ekoloq Telman Zeynalov Meydan TV-yə deyir. Bunun qarşısını almaq üçün bütün tikinti işlərini sürüşmə prosesləri ehtimalını nəzərə almaqla həyata keçirmək lazımdır, yerli ekoloqlar belə hesab edir.

Telman Zeynalovun bu məsələdə fikri daha qətidir. “Sürüşmə zonasında ümumiyyətlə ev tikmək qadağandır. Harada ev tikmək, kənd təsərrüfatını inkişaf elətdirmək istəyirlərsə və orada təpəcik, bir balaca maililik varsa, mütəxəssislərə müraciət etmək, vəziyyəti öyrənmək, yeraltı sular, qrunt sularını, torpağın xüsusiyyətlərini öyrənmək lazımdır. Əgər ana süxurun üzərində ağır gil varsa, orada nəsə eləmək tamamilə qadağandır”, - Zeynalov deyir.

2010-cu ildə sürüşmədən zərər çəkən Quba rayonunun Güləzi kəndi

2010-cu ildə sürüşmədən zərər çəkən Quba rayonunun Güləzi kəndi

Источник: Meydan.TV

“Torpaqsız hara gedək?”

Sürüşmədən zərər çəkən Qüləzi kəndində tək-tək adam qalır, onlar da ilboyu burada yaşayır. Yerli sakin Qəndab Əsgərova deyir ki, evləri salamat qaldığına görə köçməmək qərarını veriblər. Qonşularının isə evinin bir divarı tamamilə dağıldı.

«Bu, yoldaşımın əmisi oğlunun evidir, - qadın danışır. - Evi yenicə təmir etmişdilər, sürüşmə oldu. Onlar təzə kənd salınana kimi köçdülər. Burada qala bilməzdilər axı”. Qəndab Əsgərova deyir ki, özləri heç yerə köçmək istəmirlər. Amma müvafiq qurumlardan mütəxəssislər bu yaxınlarda kəndə baş çəkib, xəbərdarlıq ediblər ki, burada yaşamaq hələ də çox risklidir, çünki yeni sürüşmənin nə vaxt baş verəcəyini proqnozlaşdırmaq demək olar ki, mümkün deyil. “Nə qədər qala bilsək, qalacağıq”, - qadın deyir.

2019-cu il Bakı, Bayıl qəsəbəsindəki çatlar

2019-cu il Bakı, Bayıl qəsəbəsindəki çatlar

Источник: Meydan.TV

Kənd sakinlərinin bütün risklərə baxmayaraq, kənddə qalmasına səbəb isə məhz torpaqdır.

«Düzdür, bizə ev tikiblər. Orada qaz, işıq, su var. Amma buradakı kimi, torpaq sahələri yoxdur, - Sevda Mahmudova deyir. – Heç nə ekib-becərə, mal otara bilmirik».

Hətta Güləzidən köçənlər və ilboyu burada yaşamayanlar da dolanışığını bu torpaqdan çıxarır. “Uşaqlarının yay tətilində gəlirlər, əkirlər, becərirlər, məhsullarını toplayıb, gedirlər”, - Qəndab danışır.

"Mediaşəbəkə"nin dəstəyi ilə

Пока вы здесь ...

У нас есть небольшая к вам просьба. В среде, где информация находится под жестким государственным контролем, Мейдан ТВ усердно работает над тем, чтобы обеспечить доступ к качественной независимой журналистике. Мы проливаем свет на истории, которые вы иначе не прочитали бы, так как мы считаем, что те, кто не может высказаться, заслуживают быть услышанными, а те, кто находится у власти, должны быть привлечены к ответственности. Мы вкладываем в это значительное время, усилия и ресурсы, поэтому нам нужна ваша помощь.

Ваша поддержка дает возможность нашим смелым журналистам, многие из которых работают под большой угрозой своей личной свободе и безопасности, продолжать свою деятельность. Каждый вклад в защиту независимой журналистики в Азербайджане имеет значение. Спасибо.

ПОДДЕРЖИТЕ НАС
Статья обновлена:  31 Октябрь 2019
Pазделы:  
Короткие линки:   http://mtv.re/c28b2a

Самое читаемое