Yeniyetməyə təcavüz etməkdə şübhəli bilinən şəxs həbs olundu

Faktla bağlı Cinayət Məcəlləsinin 149-cu (zorlama) maddəsilə cinayət işi başlanıb.

Foto: Meydan TV


Əsgər Ağazadə istintaq müddətində həbsdə olacaq

Yeniyetməyə cinsi zorakılıq etdiyi iddia edilən Əsgər Ağazadə barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Bu barədə yeniyetmənin anası Zümrüd Yağmurun vəkili Zibeydə Sadıqova məlumat verib.

Əsgər Ağazadəyə Cinayət Məcəlləsinin 149.2.3-cü (təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan şəxsə qarşı törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Bu gün istintaq orqanının təqdimatı əsasında Binəqədi Rayon Məhkəməsi barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçib.

Zümrüd Yağmur Meydan TV-yə bildirib ki, indiyə qədər o şübhəli şəxs qismində saxlanılırdı. Saxlanılmasının üstündən 48 saat keçdiyi üçün bu gün məhkəmə qarşısına çıxarılıb və məhkəmə barəsində 4 aylıq həbs qətimkan tədbirinə qərar verib.

Əsgər Ağazadə oktyabrın 19-da şübhəli şəxs qismində

saxlanılıb

.

Oktyabrın 13-də yazar Zümrüd Yağmur mətbuat

konfrans

ı keçirərək qızı Sənay Yağmurun 1 il əvvəl cinsi zorakılığa məruz qaldığını açıqlayıb.

O deyib ki, ona bu zorakılığı edən bacısı oğlu Əsgər Ağazadədir.

Yazarın sözlərinə görə, ekspertiza rəylərində Sənayın paltarındakı biomaterialların Əsgər Ağazadəyə məxsus olduğu göstərilsə də, indiyədək o həbs olunmayıb: “Hadisə günü Əsgər Ağazadə Sənayın içkisinə narkotik vasitə qatıb və huşsuz halda ona qarşı zorakılıq edib”.

Faktla bağlı Cinayət Məcəlləsinin 149-cu (zorlama) maddəsilə cinayət işi başlanıb. Ancaq Yasamal Rayon Prokurorluğu Əsgər Ağazadənin məsuliyyətə cəlb edilməsilə bağlı yetərli dəlillərin olmadığını bildirərək cinayət işi üzrə icraata 2 dəfə xitam verib.

“Əsgər Ağazadə cinayət işində, sadəcə, şahid qismində dindirilib”, – Zümrüd Yağmur deyib.

Oktyabrın 18-də isə Baş Prokurorluq Meydan TV-nin sorğusuna cavab olaraq bildirib ki, Sənay Yağmurun cinsi təcavüzə məruz qalması barədə müraciəti əsasında Cinayət Məcəlləsinin 149.2.3 (təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan şəxsə qarşı törədildikdə) maddəsi ilə Yasamal Rayon Prokurorluğunda başlanmış cinayət işi Baş Prokurorluğun rəhbərliyi tərəfindən nəzarətə götürülməklə istintaqın davam etdirilməsi istintaq idarəsinə həvalə edilib.

Zümrüd Yağmurun şikayətinin lazımi qaydada araşdırılması üçün imza kampaniyasına da başlanılıb.

Kampaniyanı “Qadın üçün” komandası başladıb və artıq yüzlərlə şəxs imzalayıb.

Bu məsələ ictimailəşəndən bu yana Əsgər Ağazadə və ailəsindən münasibət öyrənmək mümkün olmayıb.

Ana səhifəSosialYeniyetməyə təcavüz etməkdə şübhəli bilinən şəxs həbs olundu