Yeni səyahət sertifikatları təsdiqlənib

Azərbaycanda isə bugünədək 334 917 nəfər koronavirus infeksiyasına yoluxub, onlardan 327 626-ı sağalıb, 4 948-i vəfat edib, bugünkü aktiv xəstə sayı isə 2 343 -dür.

Source: https://www.hebergementwebs.com/


Sertifikat azad hərəkət üçün ilkin şərt, yaxud səyahət sənədi sayılmayacaq

İyunun 9-da Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 68 yeni yoluxma faktı qeydə alınıb. Müalicə alan pasiyentlərdən isə 239 nəfər müalicə olunaraq sağalıb.

Məlumatı Nazirlər Kabineti yanında Operativ Qərargah yayıb. Bu gün koronavirusdan cəmi bir nəfər həyatını itirib.

Gürcüstanda son sutkada daha 821 nəfərin koronavirusa yoluxduğu müəyyən edilib. 866 nəfər isə sağalıb və evə buraxılıb, 31 nəfər isə həyatını itirib.

Bununla da Gürcüstanda indiyədək COVID-19 infeksiyasına yoluxanların sayı 351 249 nəfərə çatıb. Onların 335 895-i sağalıb, 4 982 nəfəri isə ölüb.

Gürcüstanda da dövlət koronavirus infeksiyası əleyhinə peyvəndləmə həyata keçirir.

Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbəri Amiran Qamkrelidze deyib ki, hazırda ölkədəki xarici ölkə vətəndaşlarına da vaksinasiyadan keçmək imkanı yaratmaq istəyirlər:

thumbs_b_c_cd0874f4036c3604352a527fcf00852c.jpg
Gürcüstan

“Məsələ Dövlət Qurumlararası Koordinasiya Şurasının toplantısında müzakirə olunacaq. Bugünədək Gürcüstanda yaşayış izni olan xarici vətəndaşlar və diplomatlara peyvənd vurulurdu. Ancaq biz ölkə ərazisində müəyyən müddət ərzində olan əcnəbilər üçün də vaksini əlçatan etməyi düşünürük”.

Ermənistanda isə son bir gündə koronavirusa 99 yoluxma faktı qeydə alınıb. İnfeksiyaya yoluxmuş 11 nəfər isə həyatını itirib. Bununla da koronavirusdan ölənlərin sayı 4 474-ə yüksəlib.

Ermənistan Səhiyyə Nazirliyi bildirir ki, indiyədək ölkədə 223 384- nəfərdə virus aşkarlanıb. Onlardan 214 690 nəfər sağalıb. Hazırda 3 129 pasiyent müalicə olunur.

İyulun 1-dən etibarən son 12 ay ərzində olunmuş vaksinasiya, mənfi PCR test nəticəsi və ya COVID-19-dan sağalmanı əks etdirən səyahət sertifikatı Avropa Birliyi daxilində səyahətə imkan

verəcək

.

Avropa Birliyinin deputatları blokun 27 üzvü arasında səyahəti asanlaşdırmaq üçün yeni səyahət sertifikatını təsdiqləyiblər. Bununla da yay səyahət mövsümü öncəsi sistemin vaxtında işə düşməsinə yol açılıb.

Hazırda AB-nin 27 üzvü arasında səyahət turistlər və hava şirkətləri üçün çaşdırıcı və yorucudur. Hər bir ölkə fərqli qaydalar və standartlar tətbiq edir.

thumbs_b_c_c94c80ad1a59a7438cac901399af923d.jpg
Ermənistan

AB sertifikatını ayrı-ayrı ölkələr pulsuz, həm kağız, həm də rəqəmsal formada verəcəklər.

Sənədlərdə təkmil təhlükəsizlik göstəriciləri olan QR kodu yerləşəcək. Şəxsi data digər ölkələrlə paylaşılmayacaq.

Amma sertifikat azad hərəkət üçün ilkin şərt, yaxud səyahət sənədi sayılmayacaq.

AB-nin bütün üzvləri digər ölkələrin verdiyi vaksinasiya sertifikatlarını qəbul etməlidirlər. Söhbət Avropa Dərman Agentliyinin təsdiqlədiyi vaksinlərdən gedir. Milli proseduralardan keçərək təsdiqlənmiş, yaxud Dünya Səhiyyə Təşkilatının təcili istifadəyə təsdiqlədiyi vaksinlərlə bağlı qərar vermək isə AB ölkələrinin üzərinə düşür.

AB-yə kənardan gələnlər daxil olmaq istədikləri üzv ölkədə sertifikata uyğun gəldiklərini sübut edəndən sonra bu sənədi ala biləcəklər.

Birliyin bir sıra üzvləri, o cümlədən Bolqarıstan, Xorvatiya, Çexiya, Danimarka, Almaniya, Yunanıstan və Polşa səyahətçilər üçün COVID-19 vaksinasiya sertifikatı sistemi tətbiq ediblər.

thumbs_b_c_64bfcb9ec82d735033504229144eeb19.jpg
İspaniya

COVID-19 2019-cu ilin sonlarında Çində yaranıb və dünyaya yayılmağa başlayıb. 2020-ci il martın 11-də Dünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyədək 3,7 milyondan çox şəxsin vəfat etdiyi açıqlanıb.

Azərbaycanda isə bugünədək 334 917 nəfər koronavirus infeksiyasına yoluxub, onlardan 327 626-ı sağalıb, 4 948-i vəfat edib, bugünkü aktiv xəstə sayı isə 2 343 -dür.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8158, bu günə qədər isə ümumilikdə 3 589 231 test icra olunub.

Açıqlanan statistikaya görə, iyunun 8-də Azərbaycanda yeni koronavirus (COVID-19) infeksiyasına qarşı 38 466 doza vaksin vurulub.

Onlardan birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 33 394, ikinci mərhələ üzrə peyvənd edilənlərin sayı isə 5 072 nəfər olub.

image_from_ios (12).jpg
Koronavirus

Bugünədək Azərbaycanda vurulan vaksin dozalarının sayı isə 2 624 876-dır. Birinci mərhələ üzrə vaksinasiyadan keçənlərin sayı 1 679 448, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 945 428 nəfərdir.

Koronavirus pandemiyasi ilə bağlı Azərbaycanda ötən il martın 24-dən karantindir. Vaksinasiyaya isə bu il yanvarın 18-dən başlanıb. Vaksinasiya dövlət hesabına aparılır.

Azərbaycanda apreldən bu yana COVID 19-a yoluxma sayı azalır. Sonuncu ən yüksək göstərici aprelin 20-də qeydə alınıb – də 2197 nəfər.

Ana səhifəSağlıqYeni səyahət sertifikatları təsdiqlənib