Yanan bazarın icarədarları: “Hər şeyimiz – həyatımız yandı”

Yanan bazarın icarədarları: “Hər şeyimiz – həyatımız yandı”

Yanan tikinti materialları bazarında 400 min manatlıq ziyan görən Qabil Cəfərov kül olan mallarının içindən misləri toplayır.

Dekabrın 10-da Binəqədi rayonunda yerləşən tikinti materialları bazarında yanğın baş verib. Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, səhər saatlarında baş verən yanğının söndürülməsi üçün 5 briqada və 3 helikopter cəlb olunub. İlkin hesablamaya əsasən, təxminən 5 hektar bazar ərazisinin 2 hektarı yanıb.

Yanğında mağazaları yanan icarədarlar kompensasiya tələb edir, ölkə başçısı İlham Əliyevdən kömək gözləyirlər.

Hadisə zamanı əraziyə gələn Fövqəladə Hallar nazirinin müavini Etibar Mirzəyev bildirib ki, 2 saat yarıma qədər davam edən yanğının söndürülməsində problem su çatışmazlığı olub. Yanğının söndürülməsinə 40-dan artıq texnika, 250-dən çox canlı qüvvə cəlb olunub.

İcarədarlar bildirir ki, Fövqəladə Hallar Nazirliyinin Komissiyası 15 gün öncə mağazalardakı yanğın söndürən şitləri yoxlayanda suyun gəlmədiyi aydın olsa da, heç bir tədbir görülməyib.

Yanğın yerinə gələn Binəqədi rayon İcra Hakimiyyəti başçısı Elxan Allahverdiyev icəradarlara 13-14 dekabr tarixlərində onlarla görüş keçirəcəyini deyib.

Ana səhifəVideoYanan bazarın icarədarları: “Hər şeyimiz – həyatımız yandı”