”Xəbər gəldi ki, ermənilərin Gəncədəki hədəfi xəstəxananı vurmaqdır”

”Xəbər gəldi ki, ermənilərin Gəncədəki hədəfi xəstəxananı vurmaqdır”

“Gəncəyə ilk raket atılan zaman xəstəxanaya bir qadın gətirmişdilər. Üz nahiyəsi tamamilə dağılmışdı, tanınmaz bir hala düşmüşdü. İlk gördüyümdə mən düşündüm ki, bu yaşlı bir qadındır. Biz onun üzərində işlədik, əməliyyat apardıq. Amma ən təəssüfedici məqam ondan ibarət idi ki, bu xanım hər iki gözünü itirmişdi və 26 yaşlı gənc bir qadın idi, iki körpə uşaq anası”- Müharibə başlayandan Gəncə Beynəlxalq Xəstəxanasına yollanan üz-çənə və baş-boyun cərrahı Məhəmməd Davudov qarşılaşdığı hadisələrdən danışır.

“Gəncəyə ikinci raket hücumunda düz bizim xəstəxananın çox yaxınlığına atılmışdı. Orada hətta belə bir xəbər gəldi ki, ermənilərin hədəfində xəstəxananı vurmaqdır. Bizim Gəncə Beynəlxalq Xəstəxanasında əməliyyat bloku, reanimasiya ümumiyyətlə -1 yerin altında idi. Belə bir halda dərhal həyəcan siqnalı veriləndə, hətta bir gün bütün tibb personalı hamısı aşağı enmişdi”.

Ana səhifəVideo”Xəbər gəldi ki, ermənilərin Gəncədəki hədəfi xəstəxananı vurmaqdır”