Teymur Mirzəyevin ölümünün səbəbi açıqlanmayıb
“Qaya” vokal kvartetinin yaradıcısı və solisti, Xalq artisti Teymur Mirzəyev 85 yaşında vəfat edib.
Mədəniyyət Nazirliyi məlumatı Meydan TV-yə təsdiqləyib.
Bildilir ki, Xalq artisti sentyabrın 26-da gecə saatlarında vəfat edib. Onun ölüm səbəbi bəlli deyil.
2001-ci ildən İsraildə yaşayan Teymur Mirzəyev istəyi ilə bu gün orada dəfn olunacaq.
Teymur Mirzəyev 1936-cı ildə Ağdamda doğulub.
Azərbaycan Dövlət Konservatoriyasının xor-dirijor fakültəsini bitirib.
O, 1961-ci ildə “Qaya” Dövlət ansamblının yaradıcısı, bədii rəhbəri və solisti olub.
Teymur Mirzəyev dünyanın bir çox ölkələrində Azərbaycan musiqisini təbliğ edib.
“Qaya” qrupu 1961-ci ildən 1988-ci ilə qədər fəaliyyət göstərib.
Qrupun heyətinə Arif Hacıyev, Lev Yelisavetski, Rauf Babayev və Teymur Mirzəyev daxil idi.
Qrup Azərbaycan, ingilis, ispan, polyak və rus dilində mahnılar ifa edib.
1972-ci ildə “Qaya” kvarterinə Dövlət Ansamblı statusu verilib