“Vurğun Əyyub azadlıq hərəkatının dalğasını gətirmişdi”

“Vurğun Əyyub azadlıq hərəkatının dalğasını gətirmişdi”

Test üsulu ilə ali məktəbə qəbul olmağı ilk dəfə Azərbaycanda tətbiq edən Vurğun Əyyub son mənzilə yola salınıb.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının ilk sədri olan Vurğun Əyyub onkoloji xəstəlikdən əziyyət çəkirdi.

Vida mərasimində ictimai-siyasi xadimlər, ziyalılar, millət vəkilləri və tanınmış şəxslər iştirak ediblər.

Vurğun Əyyubun cənazəsi vəsiyyətinə uyğun olaraq “Ruhani” sədaları altında son mənzilə yola salınıb.

Vurğun Əyyub Azərbaycan milli-azadlıq hərəkatının təşkilatçılarından, AXC-nin qurucularındandır.

O, 2014-cü ilədək Müsavat Partiyasının sıralarında olub. Daha sonra Demokratiya və Rifah Hərəkatında sədrin birinci müavini kimi fəaliyyət göstərib.

Ana səhifəVideo“Vurğun Əyyub azadlıq hərəkatının dalğasını gətirmişdi”