Vəkillər Kollegiyası beynəlxalq aksiyaya görə vəkillərdən imza tələb edib?

“Müstəqil Vəkillər Kollegiyasının qanuni və legitim qaydada seçilən sədri kimi, vəkillərimiz adından bu cür cəhdləri şiddətlə qınayıram, şanlı ölkə vəkilliyinə və vəkillərinə hörmətsizlik və sayğısızlıq kimi qəbul edirəm”.

Source:


Anar Bağırov bununla bağlı suala cavab vermək istəməyib

Hər il yanvarın 24-ü (artıq 44 ildir) dünyada Təhlükədəki Vəkillər Günü kimi qeyd olunur. Belə ki, 1977-ci ilin məhz bu günü İspaniyanın Madrid şəhərində 4 hüquqşünas və bir ofis işçisi peşə fəaliyyətini icra edərkən qətlə yetirilib.

2021-ci ildə isə ilk dəfə olaraq, dünyanın müxtəlif ölkələrində Azərbaycanda təzyiqlə üzləşən vəkillərlə bağlı çağırış edilib.

Bundan öncə Çin, Filippin, Honduras, İran, İspaniya, Kolumbiya, Misir, Pakistan və Türkiyədə təzyiqə məruz qalan vəkillərə dəstək nümayiş edilib.

Yanvarın 23-də İzmir Vəkillər Bürosu, Çağdaş Hüquqşünaslar Dərnəyi və Azad Hüquqşünasları Dərnəyi tərəfindən imzalanmış

bəyanat

səsləndirilib.

Bəyanatda azərbaycanlı vəkillərin qorunması üçün mübarizə çağırışı edilib: "Azərbaycanlı vəkillər və hüquqşünaslar – Elçin Sadıqov, Cavad Cavadov, Nemət Kərimli, Şəhla Hümbətova, Yalçın İmanov, İradə Cavadova, Əsabəli Mustafayev, Fəxrəddin Mehdiyev, Aqil Layıc, Fərhad Mehdiyev, Müzəffər Baxışov, Xalid Bağırov, İntiqam Əliyev və bənzər vəziyyətdə olan digər azərbaycanlı vəkillərin durumuna diqqət çəkmək istəyirik”.

Bəyanatda bildirilir ki, bütün dövlət qurumları və vəkil kollegiyaları, fəaliyyətlərinə görə vəkilləri təhdidlərdən, təqiblərdən və digər qanunsuz müdaxilələrdən qorumaq üçün addımlar atmalıdır.

Aksiya təşkilatçıları tələb ediblər ki, vəkillərin ifadə azadlığını məhdudlaşdıran etik qaydalar dəyişdirilməli və AİHM-nin vəkillərin ifadə azadlığı ilə bağlı məhkəmə qanununa uyğunlaşdırılmalıdır.

Vəkillər Kollegiyasının sədri Anar Bağırov feysbuk səhifəsində kampaniya münasibət bildirib.

O, qeyd edib ki, bəzi xarici dairələr Azərbaycan vəkilliyini bir monstr təşkilat kimi təqdim edirlər: "Xaricdə bəzi dairələr son 10 ildə Vəkillər Kollegiyası ilə hüquqi mübahisəsi olan bir neçə hüquqşünasın rəyi ilə qərəzli qara PR kampaniyası aparırlar, bizə qarşı əsas ittihamlardan biri kimi 2018-ci ildən nümayəndəlik institutunun məhdudlaşdırılmasını belə göstərirlər. Son illər ölkədə vəkillik sahəsində aparılan və cəmiyyətimiz tərəfindən alqışlanan islahatları, uğurları görmək istəmirlər. Azərbaycan vəkilliyini bir monstr təşkilat kimi təqdim edirlər. Real vəziyyəti bilməyən insan fikirləşər ki, Azərbaycanda müstəqil vəkillik heç yoxdur, mövcud deyil".

Kollegiya sədri vəkillərlə bağlı aksiyanı qınadığını bəyan edib: "Müstəqil Vəkillər Kollegiyasının qanuni və legitim qaydada seçilən sədri kimi, vəkillərimiz adından bu cür cəhdləri şiddətlə qınayıram, şanlı ölkə vəkilliyinə və vəkillərinə hörmətsizlik və sayğısızlıq kimi qəbul edirəm".

Vəkillər Kollegiyası artıq beynəlxalq tədbirə qarşı kampaniyaya başladığı bildirilir.

Məlumata görə, Vəkillər Kollegiyasının rəhbərliyi adları çəkilən və plakatları nümayiş etdirilən vəkillərə zəng edərək hazırladıqları bəyanata imza atmağı tələb ediblər.

Həmin sənəddə isə qeyd olunur ki, vəkillərə heç bir təzyiq yoxdur, onlara demədən fotoları yayılıb, təzyiqə məruz qaldıqları iddia edilib. Bir sözlə, vəkillərdən beynəlxalq kampaniyaya etiraz etmək tələb olunub.

Vəkillər Kollegiyasının sədri Anar Bağırov "Arqument.az"a iddianı təkzib edib. O bildirib ki, Vəkillər Kollegiya heç bir vəkildən sənədə imza atmağı tələb etməyib:

"Mən və Kollegiya heç bir vəkildən sənədə imza atmağı tələb etməmişik".

2.jpg
Vəkillər Kollegiyasının hazırladığı bəyanatın surəti
Ana səhifəSiyasətVəkillər Kollegiyası beynəlxalq aksiyaya görə vəkillərdən imza tələb edib?