Vaksinlərə qarşı “Əks göstəriş sertifikatı” veriləcək

“Obyektlərin girişində COVID-19 pasportu və ya İmmunitet sertifikatı təqdim etməyənlər içəri buraxılmayacaqlar”

Source: Meydan TV


Avqustun 9-dan etibarən vətəndaşlar poliklinikalara müraciət edə bilərlər

Avqustun 9-dan vaksinlərə qarşı əks göstərişləri olan insanlara “Əks göstəriş sertifikatı”nın verilməsinə başlanılacaq.

Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) birgə məlumatında belə

deyilir

.

Bildirilir ki, “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq ölkə üzrə peyvəndlənmə prosesi davam edir:

“Avqustun 9-dan etibarən ölkədə istifadəsinə icazə verilən vaksinlərə qarşı əks göstərişləri olan şəxslərə "Əks göstəriş sertifikatı"nın verilməsinə başlanılır. Bunu almaq üçün ərazi üzrə poliklinikalara müraciət edilməlidir”.

Məlumatda vurğulanır ki, müraciətdən sonra poliklinika həmin şəxslərin məlumatlarını Səhiyyə Nazirliyi tərəfindən yaradılmış xüsusi komissiyaya təqdim edəcək. Komissiyanın rəyi əsasında isə vətəndaşa "Əks göstəriş sertifikatı" veriləcək.

Birgə açıqlamada əks göstərişləri olmayan vətəndaşlara müraciətlə vaksin olunmaları gərəkdiyi bildirilir:

16190877023212418276_1200x630.jpg
Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi

“Dünyada və ölkədə aparılan tədqiqatlardan əldə olunmuş nəticələrin təhlili bir daha göstərir ki, virusun yeni və sürətlə yayılan təhlükəli növlərindən qorunmağın ən effektiv yolu vaksinasiyadır. Vaksinasiya ilə yanaşı, fiziki məsafənin saxlanılması, maskalardan istifadə və əl təmizliyi kimi qaydalara riayət olunmalıdır”.

Azərbaycanda sentyabrın 1-dən koronavirusa qarşı peyvənd olunmayan şəxslərin kafe və restoranlara, iri ticarət mərkəzlərinə, mehmanxanalara girişi məhdudlaşdırılacaq. Bu, Nazirlər Kabinetinin "Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə" qərarda etdiyi dəyişiklikdə əksini tapıb.

Obyektlərin girişində COVID-19 pasportu və ya İmmunitet sertifikatı təqdim etməyənlər içəri buraxılmayacaqlar. Sentyabrın 1-dən 18 yaşından yuxarı tələbələrdən də COVID-19 pasportu istəniləcək.

Hazırda isə yalnız idman zallarına, şadlıq saraylarına və dini ibadət yerlərinə gedərkən COVİD pasportu və ya immunitet sertifikatı tələb edilir.

2019-cu ilin sonlarında Çində yaranıb dünyaya yayılan koronavirus 2020-ci il martın 11-də Dünya Səhiyyə Təşkilatı tərəfindən pandemiya elan edilib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 4.2 milyondan çox şəxsin vəfat etdiyi açıqlanıb. Azərbaycanda isə bu vaxta qədər ümumilikdə 344 min 520 nəfərin koronavirus infeksiyasına yoluxduğu müəyyən edilib, onlardan 5 min 27-nin vəfat etdiyi bildirilib.

Ana səhifəSağlıqVaksinlərə qarşı “Əks göstəriş sertifikatı” veriləcək