Dövlət Statistika Komitəsi

Источник: Meydan TV

Başlıq: Dövlət Statistika Komitəsi

Vahid Məhərrəmli: Dövlətin açıqladığı rəqəmlər insanları aldatmaq məqsədi güdür

"Hakimiyyət rəqəmləri şişirtməklə problemləri ört-basdır edir"

2021-ci il üçün payızlıq bitkilərin kütləvi səpini başa çatmaq üzrədir.

Ötən ilin eyni dövrü ilə müqayisədə dən üçün payızlıq bitkilərin səpin sahəsi 4,8 faiz, o cümlədən buğdanın səpin sahəsi 7,2 faiz, arpanın səpin sahəsi 0,6 faiz, çovdarın səpin sahəsi 21,1 faiz azalıb.

Dövlət Statistika Komitəsinin (DSK) açıqladığı məlumatdan belə aydın olur.

DSK-nın 2020-ci il dekabrında açıqladığı məlumata görə, ölkədə 976 730,7 hektar sahəyə dən və yaşıl yem üçün payızlıq bitkilər səpilib.

Məlumatda bildirilirdi ki, səpin aparılmış sahələrin 98,5 faizi və ya 962 402,7 hektarı dən üçün payızlıq bitkilərin payına düşüb, onun da 594 896,6 hektarı buğda, 367230,1 hektarı arpa, 276,0 hektarı isə çovdar əkinləri olub.

Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmli deyir ki, 2021-ci il üçün payızlıq buğda əkini sahəsi əvvəlki ilə nisbətən 41,3 min hektar azalıb: "Ölkədə dənlilərin və dənli paxlalı bitkilərin səpini əsasən, payız aylarında aparılır. Builki səpin bunu deməyə imkan verir. Hakimiyyət rəqəmləri şişirtməklə problemləri ört-basdır edir. Təəssüflə qeyd etməliyəm ki, payızlıq dənli və paxlalı bitkilərin əkin sahələri haqda Dövlət Statistika Komitəsinin təqdim etdiyi statistik məlumatlar il ərzində bir neçə dəfə dəyişir, gah artır, gah da azalır”.

Ekspert bildirir ki, dövlətin açıqladığı rəqəmlər həqiqəti əks etdirmir, insanları aldatmaq məqsədi güdür: “Gəlin DSK-nın 2019-cu ilin dekabrında açıqladığı statistikaya baxaq. 2020-ci ilin məhsulu üçün 1 002 745,5 hektar sahədə dən üçün payızlıq taxıl əkini haqda məlumat vermişdi. Onun da 636 217 hektarını buğda, 366 178,5 hektarını arpa və qalanlarını isə digər bitkilər təşkil etmişdi. Ancaq 2020-ci ilin aprelində kənd təsərrüfatı naziri İnam Kərimov bildirdi ki, respublika üzrə 2020-ci il üçün 1 milyon hektardan çox sahədə taxıl əkini aparılıb. Əkin sahələrinin 641 min hektarını buğda, 369 min hektarını arpa (cəmi 1 milyon 10 min hektar) əkinləri təşkil edir”.

Vahid Məhərrəmli deyir ki, DSK-nın təqdim etdiyi məlumatdan fərqli olaraq, nazirin çıxışında 2020-ci il üçün buğdanın əkin sahəsinin 5 min hektar, arpa sahəsinin isə 3 min hektar çox olduğu qeyd olunur.

DSK-nın mətbuata ötürdüyü digər bir məlumatda isə qeyd edilir ki, 2020-ci il iyunun 1-i vəziyyətinə keçirilmiş əkin sahələrinin qəti uçotunun nəticələrinə əsasən, ölkə üzrə əkin sahəsinin 1002,7 min hektarını və yaxud 61 faizini dənlilərin və dənli paxlalı bitkilərin əkin sahələri təşkil edib: “Həmin məlumatda o da qeyd edilir ki, 1002,7 min hektar sahədə əkilmiş dənlilərin və dənli paxlalı bitkilərin 598,2 min hektarını buğda, 347,9 min hektarını arpa qalanını isə digər dənli bitkilərin əkin sahələri təşkil edib. Bu məlumatda isə DSK-nın əvvəl təqdim etdiyi məlumatdan fərqli olaraq, buğda sahəsinin 38 min hektar, arpa sahəsinin isə 18,2 min hektar azaldığını görürük. Nəhayət, DSK 2020-ci ilin avqust ayının 13-də dənli və dənli paxlalı bitkilərin biçininin başa çatmaq üzrə olduğunu bildirir və 2020-ci il avqust ayının 10-na olan operativ məlumata əsasən, payızlıq və yazlıq dənli və dənli paxlalı (qarğıdalısız) bitkilər üzrə biçilməsi nəzərdə tutulmuş sahənin 968,1 min hektar olduğunu göstərir. Biz bunlardan DSK-nın təqdim etdiyi məlumatların dolaşıq və bir biri liə ziddiyyət təşkil etdiyini görürük”.

Ekspert bildirir ki, 2020-ci ildə payızlıq və yazlıq dənli və dənli paxlalı bitkilər üzrə nə qədər sahədə dəqiq səpin aparıldığı hələ də bəlli deyil. Belə ki, DSK 2019-cu ilin dekabr ayının 24-ə kimi 2020-ci ilin məhsulu üçün 1 002,7 min hektar sahədə dən üçün payızlıq bitkilər səpildiyi haqda məlumat versə də, kənd təsərrüfatı nazirinin açıqlamasında 1010,2 min hektar sahədə (641 min hektar buğda, 369 min hektar arpa) taxıl əkini aparıldığı bildirilir: “Bununla yanaşı yaz mövsümündə dənli və dənli paxlalı bitkilərin səpini həyata keçirilsə də DSK bu haqda heç bir məlumat verməyib. Komitə son (10 avqust 2020-ci il) məlumatında payızlıq və yazlıq dənli və dənli paxlalı (qarğıdalısız) bitkilər üzrə biçilməsi nəzərdə tutulmuş sahənin 968,1 min hektar olduğunu göstərir. Yəni DSK heç bir əsas gətirmədən əvvəlcədən elan etdiyi əkin ərazisini ən azı 34,6 min hektar azaldıb”.

Vahid Məhərrəmli deyir ki, 13 iyun 2020-ci ildə kənd təsərrüfatı nazirliyinin saytında 2020-ci ildə Azərbaycanda 1010218 hektar sahədə payızlıq taxıl əkildiyi, bunlardan 640977,6 hektarı buğda, 369240,4 hektarı arpa sahələri olduğu haqda məlumat yayılıb.

Ekspert sual edir: "Bundan sonra necə olur ki, DSK “payızlıq və yazlıq dənli və dənli paxlalı (qarğıdalısız) bitkilər üzrə biçilməsi nəzərdə tutulmuş” sahənin 968,1 min hektar olduğu haqda məlumat yayır?"

“Əslində vələmir, çəltik, paxlalılar və digər dənli bitkilərin əkin sahələrinin ərazilərini də nəzərə alsaq, dənli və dənli-paxlalılar əkin sahələri 1 milyon 30 min hektardan çox olmalı idi. Bəs necə olub ki, birdən-birə əkin həyata keçirilmiş sahələrin ərazilərinin həcmi 60 min hektardan çox azaldılıb. Rəsmi məlumata görə, bu il payızlıq dənli bitkilərin 67,4 min hektarı tamamilə məhv olub. Bu o deməkdirmi ki, bu qədər ərazi ümumi əkin sahəsinin hesabından çıxarılıb? Bu necə olub? Hesab edirəm ki, DSK bu məsələyə aydınlıq gətirməlidir”, - deyə o bildirib.

Vahid Məhərrəmli

Vahid Məhərrəmli

Источник: Meydan TV

Vahid Məhərrəmlinin sözlərinə görə, 2020-ci il başa çatıb, taxıl biçini 5 ay əvvəl yekunlaşıb, ancaq hələ də buğda və arpa əkini, məhsul istehsalı ilə bağlı dəqiq məlumat əldə etmək mümkün deyil: “Baxmayaraq ki, DSK-nın açıqladığı məlumatda o da qeyd edilmişdi ki, “sahələrdən 2903,6 min ton məhsul toplanmış, məhsuldarlıq 30,7 sentnerə bərabər olub. Məhsulun 1860,2 min tonunu və yaxud 64,1 faizini buğda, 1018,7 min tonunu (35,1 faizini) arpa, 24,7 min tonunu (0,8 faizini) isə digər dənli və dənli paxlalı bitkiçilik məhsulları təşkil edib”, - deyə ekspert əlavə edir.

Onun fikrincə, bu il ərzində taxılın əkin sahəsi və istehsal göstəriciləri ilə bağlı təqdim olunan məlumatları nəzərə aldıqda, məhsuldarlıqla bağlı fərqli nəticələr alınır: “Belə ki, 640977,6 hektar sahədən 1860,2 min ton buğda əldə olunub ki, bu da hər hektardan 29 sentner məhsul deməkdir. 369 min hektar arpa sahəsindən isə 1018,7 min ton məhsul əldə edilib. Bu da o deməkdir ki, hər hektardan orta hesabla 27,5 sentner arpa əldə olunub. Təəssüflər olsun ki, hələ də digər dənli və dənli paxlalıların məhsuldarlığı ilə bağlı məlumatlar açıqlanmayıb. Buna baxmayaraq, birmənalı olaraq demək olar ki, bu il taxıl istehsalında çox ciddi geriləmə var. Əvvəlki ilə nisbətən cari ildə buğda istehsalı 311 min ton azalıb”.

Ekspert hesab edir ki, 2020-ci ildə əsаs ərzаq məhsulu olan və ölkədə əkin sаhəsinə görə birinci yеri tutan buğda istehsalı 2 milyon 210 min ton nəzərdə tutulub.

2020-ci il dövlət büdcəsinin zərfinə istinadən Kənd Təsərrüfatı Nazirliyinin verdiyi məlumata görə, 2020-ci ildə Azərbaycanda 2 milyon 210 min ton buğda istehsalı gözlənilirdi.

DSK-nın məlumatında isə bu il buğda istehsalı 1 milyon 860,2 min ton təşkil edib: “Bu da 2020-ci il üçün nəzərdə tutulduğundan 350 min ton, yəni 18,8% az olub.

2020-ci ildə 2019-cu ilə nisbətən buğda istehsalı 311,3 min ton, yəni 16,7% azalıb. Onu da qeyd etməliyəm ki, əsas ərzaq məhsulu olan buğdanın istehsalı dayanıqlı deyil.

2009-cu ildə ilkin çəkidə 2131,5 min ton buğda istehsal olduğu halda, sonrakı 2010-cu ildə istehsal 38,7% azalaraq 1308,9 min tona düşmüşdür.

2013-cü ildə buğda istehsalı 1892,2 min tona çatdırılsa da, sonrakı 2014-cü ildə istehsal 23,4% azalaraq 1449,0 min ton təşkil edib.

2019-cu ildə ilkin çəkidə buğda istehsalı 2171,5 min ton göstərildiyi halda, 2020-ci ildə istehsal 14,3 faiz azalaraq 1860,2 min tona enib”.

DSK-nın məlumatına görə, 2020-ci ildə 2019-cu ilin ilin eyni dövrü ilə müqayisədə dənli və dənli paxlalı bitkiçilik məhsullarının (qarğıdalı da daxil olmaqla) istehsalı 8,3 faiz azalıb.

Vahid Məhərrəmli bildirir ki, Azərbaycanda rəqabətqabiliyyətli ərzaq buğdası istehsalı üçün çox münbit şərait olduğu halda, ölkə özünün bu strateji məhsula olan təlabatının az bir hissəsini (2019-cu ildə 31%-ni) daxili istehsal hesabına ödəyə bilir: “Təsəvvür edin, 2019-cu ildə ölkəyə 340,5 milyon dollar (578 milyon manat) dəyərində 1 milyon 584 min ton (təlabatın 69%-i qədər) buğda idxal olunub. Əvvəllər də qeyd etdiyimiz kimi taxılçılıqda keyfiyyətli toxum, suvarma suyu çatışmazlığı sahənin inkişafında çox ciddi problemlər yaradır. Bu gün taxılçılıqla məşğul olan fermerlərə keyfiyyətli toxum materialı təklif olunmur. Yaranmış vəziyyətdən istifadə edən işbazlar istehsal etdikləri məhsul üçün saxta yolla keyfiyyət sənədləri əldə edərək adi taxıl məhsulunu kəndlilərə toxum materialları kimi baha qiymətə satırlar. Bu da məhsuldarlığın və məhsulun keyfiyyətinin aşağı düşməsinə səbəb olur. Fermerlərin min bir əzab-əziyyətlə əldə etdikləri məhsul ərzaq buğdası standartına uyğun gəlmir. Kəndlilər istehsal etdikləri məhsulu məcburiyyət qarşısında qalıb heyvandarlıqda yem kimi istifadə edirlər”.

Sonda ekspert bildirir ki, taxılçılıqda mövcud olan problemlərin aradan qaldırılması istiqamətində hökumət konkret addımlar atmalıdır.

Kənd təsərrüfatı məhsulu istehsalçılarının suvarma suyuna, texnikaya, keyfiyyətli toxuma, mineral gübrələrə, pestisidlərə və digər istehsal vasitələrinə olan ehtiyaclarının vaxtlı-vaxtında ödənilməsini öz üzərilərinə götürə biləcək sahibkarlara şərait yaradılmalıdır: “Həmçinin, hökumət taxıl istehsalı ilə məşğul olan fermerlər üçün dövlət büdcəsindən ayrılan subsidiyaların əkin sahələrinin həcminə görə deyil, əmtəəlik məhsullara görə verilməsi mexanizmi hazırlamalıdır”.

Fevralın 23-də Vergi Məcəlləsinə edilən dəyişikliyə əsasən, Azərbaycana buğda idxalı, satışı, unun, çörəyin istehsalı və satışı daha 3 il əlavə dəyər vergisindən (ƏDV) azad olunub. Habelə Nazirlər Kabinetinin qərarı ilə bu il fevralın 1-dən mayın 1-nə kimi ölkədə un istehsal edən şəxslərə tona görə 35 manat subsidiya verilməlidir. Üstəlik, bu qurumun başqa bir qərarına əsasən, mayın 1-nə kimi Azərbaycandan ixrac olunan buğda və unun hər tonuna 200 dollar gömrük rüsumu ödənilməlidir.

Kənd Təsərrüfatı Nazirliyi dəfələrlə elan edib ki, Azərbaycanda ərzaqlıq buğda üzrə yerli istehsalın artımı və idxaldan asılılığın aradan qaldırılması üçün subsidiyalar ayrılır, bu istiqamətdə işlər görülür.

Пока вы здесь ...

У нас есть небольшая к вам просьба. В среде, где информация находится под жестким государственным контролем, Мейдан ТВ усердно работает над тем, чтобы обеспечить доступ к качественной независимой журналистике. Мы проливаем свет на истории, которые вы иначе не прочитали бы, так как мы считаем, что те, кто не может высказаться, заслуживают быть услышанными, а те, кто находится у власти, должны быть привлечены к ответственности. Мы вкладываем в это значительное время, усилия и ресурсы, поэтому нам нужна ваша помощь.

Ваша поддержка дает возможность нашим смелым журналистам, многие из которых работают под большой угрозой своей личной свободе и безопасности, продолжать свою деятельность. Каждый вклад в защиту независимой журналистики в Азербайджане имеет значение. Спасибо.

ПОДДЕРЖИТЕ НАС
Bölmələr:  
Короткие линки:   http://mtv.re/binmzg

Самое читаемое