Qaradağ rayonu, Ümid qəsəbəsi

Источник: Meydan TV

Başlıq: Qaradağ rayonu, Ümid qəsəbəsi

Ümid qəsəbəsindəki ümidsizlər...

Uzun illərdir ki, qəsəbənin yolu, kanalizasiyası yoxdur

“Dövlətin büdcəsindən Qaradağ rayonundakı qəsəbələrin abadlaşdırılmasına xeyli vəsait ayrılıb. Bu vəsaitlə yollar, su-kanazasiya sistemi, işıq və digər problemlər həll olunmalıydı. Ancaq qəsəbəmizin kanalizasiya sistemi bu yaxınlarda öz cibimizin hesabına düzəldi. İndi də yolları düzəltmək üçün bizdən pul istəyirlər”.

Bunu Meydan TV-yə Qaradağ rayonu, Ümid qəsəbəsinin sakinləri deyir. Qəsəbə sakinlərinin sözlərinə görə, qəsəbə salınan gündən yol, işıq, kanalizasiya problemləri var.

“Kanalizasiya xəttini öz hesabımıza çəkdirdik”

Qəsəbə sakini Maqsud Səfərovun sözlərinə görə, icra nümayəndəliyi onlara işıq problemini də özlərinin həll etmələrini məsləhət görür:

“Bir müddət əvvəl 150 manatdan yığıb su idarəsinə verdik, gəlib kanalizasiyanı çəkdilər. İndi deyirlər, işığı da özünüz çəkin. Biz kanalizasiya, işıq xətti çəkəcəyiksə, ərizə yazıb vəzifələrindən getsinlər, daha niyə maaş alırlar? Əgər o məmurların vəzifəsinə düşəni sakin özü edəcəksə, onun işdə qalmasının kimə nə faydası var?...”

“Vətəndaş pul yığıb kanalizasiya xətti çəkirsə...”

Qəsəbə sakinləri də işlərin onların hesabına görülməsindən narazıdılar:

“Bizə hər şeyi öz cibimizlə həll etdirirlər. Deyəndə ki, pul ayrılır, vətəndaş niyə pul versin, deyirlər, o ayrılan pul heç gəlib icra hakimiyyətinə çatmır. Kor-kor, gör-gör, qəsəbəni vətəndaşların hesabına abad edirlər. Əgər vətəndaş pul toplayıb kanalizasiya, yol çəkəcəksə, dövlətin büdcəsindən ayrılmış milyonlarla vəsait kimin cibinə axır? Hardasa 10 gün əvvəl leysan oldu, palçıq yağış suyuna qarışdı, həyətləri, hətta evləri su basdı, aidiyyəti qurumlardan kömək gəlmədi, yenə də özümüz birləşib evlərimizi sulardan xilas etdik. Biri nasos tapıb gətirdi, başqası suyu çəkdi... Leysan olanda Fövqəladə Hallar Nazirliyinin işçilərinə çevrilirik, kanalizasiya xəttini çəkmək üçün xərcini cibimizdən toplayırıq, işıq xətti üçün yenə cibimizi eşələməli oluruq... Ən çətin durumda da vətəndaşa kömək gəlməyəcəksə, o aidiyyəti qurumlarda niyə maaş alırlar? O qurumlar niyə fəaliyyət göstərir?”

“Qapıları döysəniz, nələrin şahidi olarsınız”

“Çox kasıbıq. Üstəlik, mart ayından bu yana adamlar pandemiya səbəbindən işsiz qalıblar. Qəsəbənin mağazalarındakı nisyə dəftərlərinə göz gəzdirməyiniz kifayətdir ki, buradakı vəziyyətlə bağlı təsəvvürünüz olsun. Qapıları döyüb maraqlansanız, görərsiniz ki, bu qəsəbədə bir parça qəndə, bir dilim çörəyə möhtac nə qədər ailə var... Yəni, bizə olan olub, heç olmasa ayağımızı qapının o tayına qoyanda palçığa düşməyək. Ayağımıza selofan bağlayıb gəzdikcə özümüzü daha da lazımsız, kimsəsiz hiss edirik, qırılırıq”.

Bir müddət əvvəl Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun təşəbbüsü ilə paytaxtın qəsəbələrində “Qəsəbə aylığı” görüşləri keçirilib. Bu tədbir çərçivəsində problemlərin öyrənilməsi və aradan qaldırılması məqsədilə Eldar Əzizov Ümid qəsəbə sakinləriylə də səyyar görüş keçirib. Həmin görüşdə iştirak edən Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı sakinlərə qəsəbədəki problemlərin tezliklə həll olunacağını vəd edib.

“Yaxın vaxtlarda yollar asfaltlanacaq”

Qaradağ Rayon İcra Hakimiyyətindən Meydan TV-yə bildirilib ki, bir neçə ay əvvəl Ümid qəsəbəsinin sakinləri öz təşəbbüsləri ilə pul yığıb kanalizasiya idarəsiylə birlikdə kanalizasiya xətti çəkiblər. Qəsəbənin yol probleminə gəlincə, bununla bağlı Avtomobil Yolları Dövlət Agentliyinə məktub göndərilib. Yaxın vaxtlarda qəsəbənin yollarına asfalt döşənəcək.

Пока вы здесь ...

У нас есть небольшая к вам просьба. В среде, где информация находится под жестким государственным контролем, Мейдан ТВ усердно работает над тем, чтобы обеспечить доступ к качественной независимой журналистике. Мы проливаем свет на истории, которые вы иначе не прочитали бы, так как мы считаем, что те, кто не может высказаться, заслуживают быть услышанными, а те, кто находится у власти, должны быть привлечены к ответственности. Мы вкладываем в это значительное время, усилия и ресурсы, поэтому нам нужна ваша помощь.

Ваша поддержка дает возможность нашим смелым журналистам, многие из которых работают под большой угрозой своей личной свободе и безопасности, продолжать свою деятельность. Каждый вклад в защиту независимой журналистики в Азербайджане имеет значение. Спасибо.

ПОДДЕРЖИТЕ НАС
Bölmələr:  
Короткие линки:   http://mtv.re/geoa7y

Самое читаемое