Oleksiy Honçaruk

Источник: Foto: google.az

Başlıq: Oleksiy Honçaruk

Ukraynanın Baş naziri istefa verməyə hazırlaşır

Nazirlərin Prezidenti tənqid edən səs yazısının yayıldığı deyilir

Ukraynanın Baş naziri Oleksiy Honçaruk (Honcharuk) cümə günü istefa ərizəsini təqdim edib. “Reuters” xəbər verir ki, o, bu addımı onun prezidenti tənqid etdiyini söyləyən səs yazısı ortaya çıxdıqdan sonra atıb.

Prezident Vladimir Zelenski (Volodymyr Zelenskiy) istefa ərizəsini cümə günü nəzərdən keçirəcək, - Prezident Administrasiyası bildirib.

Honçarukun mövqeyi ilə bağlı mübahisələr bu həftə Prezident Zelenskinin iqtisadiyyatla əlaqəli biliksizliyini müzakirə edən bir adamın səsi mesajlaşma kanallarında yayıldıdan sonra başlayıb. Mümkündür ki, bu səs dekabr ayında Baş nazir, Maliyyə naziri və Ukrayna Milli Bankının (NBU) rəhbərinin birgə iclasında qeydə alınıb.

Zelenski öncədən komediya aktyoru olub və bundan öncə onun heç bir siyasi təcrübəsi olmayıb. Keçən il seçkilərdə qalib gəlmiş Zelenski ölkədə korrupsiyaya qarşı ictimai qəzəbin alovlandığı bir dövrdə hakimiyyəti ələ alıb.

Honçaruk cümə günü qeyd edib ki, səs qeydi hökumət iclaslarında deyilənlərin fərqli fraqmentlərinin birləşməsidir.

“Onun tərkibi süni şəkildə elə təəssürat yaradır ki, mənim komandam və mən siyasi liderimiz olan Prezidentə hörmət etmirik”,- Honçaruk sosial mediada deyib. O, səs yazmasında eşidilənin onun səsi olub-olmadığını deməyib.

Mərkəzi Bank rəsmiləri və Maliyyə naziri məsələyə münasibət bildirməyiblər.

Açıqlamasından dərhal sonra “Reuters”-in həqiqətən onun istefa vermək niyyətində olub- olmadığını haqda sualına Honçaruk deyib: “Dərhal nəticələrə atlamayın”.

Bundan öncəki prezidentlik dönəmində Baş nazir vəzifəsini icra edən Vladimir Groysmana da istefa verməsi təhdidləri olmuşdu. Lakin o, daha sonra Zelenskinin partiyasının qazandığı seçkilərə qədər vəzifəsində qala bilmişdi.

Keçən ilin avqust ayında vəzifəsinə təyin olunan Honçaruk istefa məktubunu Prezidentin ona olan etimadını sınamaq üçün bir vasitə olaraq istifadə etdiyini söyləməkdən imtina edib.

Kiyevdən olan politoloq Vladimir Fesenko məsələyə münasibət bildirib: “Bu, Baş nazirin istefasını göstərmək niyyəti deyil, əksinə onun vəzifəsində qalması üçün mübarizə aparmaq üçün bir yoldur”.

Пока вы здесь ...

У нас есть небольшая к вам просьба. В среде, где информация находится под жестким государственным контролем, Мейдан ТВ усердно работает над тем, чтобы обеспечить доступ к качественной независимой журналистике. Мы проливаем свет на истории, которые вы иначе не прочитали бы, так как мы считаем, что те, кто не может высказаться, заслуживают быть услышанными, а те, кто находится у власти, должны быть привлечены к ответственности. Мы вкладываем в это значительное время, усилия и ресурсы, поэтому нам нужна ваша помощь.

Ваша поддержка дает возможность нашим смелым журналистам, многие из которых работают под большой угрозой своей личной свободе и безопасности, продолжать свою деятельность. Каждый вклад в защиту независимой журналистики в Азербайджане имеет значение. Спасибо.

ПОДДЕРЖИТЕ НАС
Bölmələr:  
Короткие линки:   http://mtv.re/udn8e2

Самое читаемое