Ukrayna Kirkorovu “qara siyahı”dan çıxarıb

Rəsmi Kiyevin qərarını şərh edən sənətçi deyib ki, yerli məmurlar millətçilik təbliğatlı parazit şüarları ilə özlərinə xal qazanmağa çalışırlar.

Source: Specify Source


Siyasıda 200 nəfərin olduğu bildirilir

Rusiyanın Xalq artisti Filipp Kirkorov Ukrayna Mədəniyyət və İnformasiya Siyasəti Nazirliyinin "qara siyahı"sından çıxarılıb.

Bu barədə RİA Novosti məlumat yayıb.

“İyunun 27-dən Ukraynanın milli təhlükəsizliyini təhdid edən şəxslər siyahısında iki yüz nəfər var. Onların arasında Kirkorov yoxdur. Siyahı sonuncu dəfə iyunun 25-də yenilənib. Bundan öncə siyahıda iki yüz bir nəfər vardı”, – xəbərdə deyilir.

Rəsmi Kiyevin qərarını şərh edən sənətçi deyib ki, yerli məmurlar millətçilik təbliğatlı parazit şüarları ilə özlərinə xal qazanmağa çalışırlar.

Bir neçə gün öncə Ukrayna Təhlükəsizlik Xidməti Kirkorovu milli təhlükəsizliyi təhdid edən şəxslər siyahısına daxil etmişdi.

Qurum qadağanın səbəbi kimi müğənninin Krımın Rusiyaya birləşdirilməsi fikrini dəfələrlə səsləndirməsi ilə izah edib.

Eyni səbəbə görə Litva Daxili İşlər Nazirliyi də bu il yanvarın 19-da ifaçıya 5 illik qadağa qoyub.

Ana səhifəMədəniyyətUkrayna Kirkorovu “qara siyahı”dan çıxarıb