“Üçüncü mikrorayon bazarı” yanır (yenilənib)

Xəsarət alanlar haqqında məlumat verilmir.

Source: Foto: Fatima Movlami

***



Fövqəladə Hallar Nazirliyi



“3-cü mikrorayon bazarı”nda yanğınla bağlı məlumat yayıb.


Bildirilib ki, ümumilikdə 6100 kv.m-dən artıq sahəsi olan bazarda 280 kv.m sahədə kafe və satış piştaxtaları, 2 ədəd "QAZEL" markalı yük avtomobili və bazara bitişik 50 kv.m sahəsi olan avtomobil təmiri sexi yanıb:


"Bazarın qalan hissəsi yəni, 5800 kv.m-dən artıq ərazisi və yaxınlıqdakı obyektlər yanğından mühafizə olunub, yanğın nəticəsində ölən və ya xəsarət alan olmayıb".

***


Hazırda yanğınsöndürmə işləri davam etdirilir

Dekabrın 14-də paytaxtın Nəsimi rayonundakı “3-cü mikrorayon bazarı”nda yanğın olub.

Fövqəladə Hallar Nazirliyinin yaydığı məlumata görə əraziyə 5 yanğınsöndürən maşını gətirilib.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Xəsarət alanlar haqqında məlumat verilmir.

Dekabrın 10-da Bakı şəhəri Binəqədi rayonu ərazisində yerləşən

"EuroHome”

tikinti materialları bazarında yanğın baş verib. Yanğın nəticəsində 5 hektarlıq bazarın 2 hektarı yanmışdı.

80194503_1015493492135646_2272683031305125888_n.jpg
Bazarın qarşısı
Ana səhifəİqtisadiyyat“Üçüncü mikrorayon bazarı” yanır (yenilənib)