Türkmənistanda koronavirusu xatırlamaq qadağandır

“Türkmənistan hakimiyyəti koronavirusla bağlı bütün məlumatları silmək üçün bu ifrat üsulu tətbiq etməklə öz reputasiyalarını təsdiqlədilər”

Source: Meydan TV


Pandemiya barədə ictimaiyyətdə danışan insanları cəld sivil agentlər aparırlar

Türkmənistan rəsmiləri ölkədə koronavirusla bağlı hər hansı bir halın olduğunu hələ də bəyan etməyiblər.

RFE/RL xəbər verir ki, hazırda rəsmilər bu sözün çapda və ya təsadüfi söhbətlərdə istifadə olunmamasına çalışırlar.

Radionun paytaxt Aşqabaddakı müxbirləri bildirirlər ki, pandemiya barədə ictimaiyyətdə danışan insanları cəld sivil agentlər aparırlar.

“Koronavirus” sözü həmçinin ölkədə xəstəliklərin qarşısının alınmasına dair yeni nəşr olunan dövlət broşüralarından da silinib.

Virusun yayılmasının qarşısını almağın yolları haqqında vətəndaşlara təlimat verən köhnə broşüraları əvəz edən yeni nəşrlərdə “koronavirus" sözü "xəstəlik” və “kəskin tənəffüs xəstəlikləri” sözləri ilə əvəz olunub.

“Türkmənistan hakimiyyəti koronavirusla bağlı bütün məlumatları silmək üçün bu ifrat üsulu tətbiq etməklə öz reputasiyalarını təsdiqlədilər”,- “Sərhədsiz Reportyorlar” media hüququ təşkilatının Şərqi Avropa və Orta Asiya direktoru Jan Kavalier (Jeanne Cavalier) deyib.

Türkmənistanda hətta bir koronavirus yoluxma halı olduğunu təsdiqləyən hesabatın olmaması ölkənin pandemiya ilə bağlı rəsmi məlumatları şübhə altına alıb və tənqidləri artırıb.

Türkmənistanla həmsərhəd olan Qazaxıstan, Özbəkistan və Əfqanıstanda onlarla infeksiya halı qeydə alınıb.

Ana səhifəDünyaTürkmənistanda koronavirusu xatırlamaq qadağandır