Tozlu Bakıda anomal istilər gözlənilir

“Nəticədə günəşli və anomal isti hava şəraitini təyin edən azhərəkətli hava kütləsi bərqərar olacaq”.

Source: Specify Source


“Belə istilərdə günvurma və istivurma ehtimalı, adətən, yüksək olur”

Günlərdir Bakı və Abşeron yarımadasının səmasında toz dumanı müşahidə olunur. Bu, normadan 2,6 dəfə yüksəkdir.

Milli Hidrometeorologiya Xidməti avtomatik stansiyalardan daxil olan məlumata əsasən belə deyir. Bildirir ki, Bakıda havada dispers toz hissəciklərinin qatılığı müşahidə olunur.

“Peyk görüntülərinə əsasən, havada müşahidə olunan toz hissəcikləri transsərhəd xarakter daşıyır. Belə tozlu havanın meteoroloji şəraitdən asılı olaraq iyunun 22-də də davam edəcəyi gözlənilir”.

Tozla bərabər həftə ərzində hava da çox isti keçəcək. Ölkə ərazisinə cənub-şərqdən quru və qızmar hava axınlarının daxil olacağı gözlənilir.

“Nəticədə günəşli və anomal isti hava şəraitini təyin edən azhərəkətli hava kütləsi bərqərar olacaq”.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva belə

deyib

. Bildirib ki, sutkalıq temperatur normasından xeyli yüksək olan anomal güclü istilərlə əlaqədar bu günlərdə açıq havada kölgəli yerlərdə olmağa çalışın:

“Belə istilərdə günvurma və istivurma ehtimalı, adətən, yüksək olur. Zəif və mülayim cənub-şərq küləkləri üstün olacaq”.

Umayra Tağıyeva yüksək temperatur rekordlarının yenilənəcəyinin gözlənildiyini bildirir: “Həftə ərzində ayrı-ayrı rayonlarda havanın maksimum temperaturunun 40, bəzi yerlərdə 44 dərəcəyədək çatacağı gözlənilir”.

Eyni zamanda, Bakıda və Abşeron yarımadasında havanın temperaturunun 39 dərəcəyədək yüksələcək.

“Unutmayaq ki, beynəlxalq metodlara əsasən, havanın temperaturu kölgədə ölçülür və böyük şəhərlərdə asfalt-beton örtük istilik effektini daha da artırır. Bu səbəbdən də şəhərin bəzi yerlərində 40-42 dərəcə hiss ediləcək. İlkin hesablamalara əsasən, həftənin sonunda güclü istilərin bir qədər azalacağı gözlənilir”, – Umayra Tağıyeva bildirib.

Ana səhifəSosialTozlu Bakıda anomal istilər gözlənilir