“Toya bir gün qalmış” 40-cı dəfə səhnədə

Əsərin süjet xətti gözlənilməz və maraqlı situasiyalarla zəngindir.

Source: Specify Source


Tamaşa 2015-ci ildən teatrın repertuarındadır

Dekabrın 15-də Akademik Musiqili Teatrında yazıçı-dramaturq Əli Səmədlinin “Toya bir gün qalmış” ikihissəli komediyası nümayiş olunacaq.

Tamaşa 2015-ci ildən teatrın repertuarındadır.

Sayca qırxıncı dəfə təqdim olunacaq tamaşada xalq artisti Afaq Bəşirqızı, əməkdar artistlər Ələkbər Əliyev, İqrar Salamov, aktyorlar Möylə Mirzəliyev, Ağaxan Şərifov, Rəsmiyyə Nurməmmədova, Gülcahan Salamova, Əliməmməd Novruzov, Hüseyn Əlili, Gülnarə Əzizova, Ruslan Mürsəlov, Fərid Rzayev də çıxış edəcəklər.

Tamaşanın quruluşçu-rejissoru Əsgər Əsgərov, rəssamı Nabat Səmədova, musiqi rəhbəri Ənvər Sadıqov, musiqi tərtibatçısı Emin Həsənov, baletmeysterləri Yelena və Zakir Ağayevlər, xormeysteri Vaqif Məstanovdur.

Əsərin süjet xətti gözlənilməz və maraqlı situasiyalarla zəngindir.

Ana səhifəMədəniyyət“Toya bir gün qalmış” 40-cı dəfə səhnədə