ATƏT-in Minsk Qrupunun Həmsədrləri və xarici işlər nazirləri

Источник: arxiv

Başlıq: ATƏT-in Minsk Qrupunun Həmsədrləri və xarici işlər nazirləri

Tofiq Zülfüqarov: Minsk Qrupunun həmsədrlərindən nəsə gözləməyə dəyməz

“Azərbaycanın bu cür danışıqlarda iştirakının heç bir mənası yoxdur”

ATƏT-in Minsk Qrupunun Həmsədrləri Azərbaycan-Ermənistan münaqişəsinin hərbi həll yolunun mövcud olmadığını bir daha bildiriblər. Onlar israrla tərəfləri atəşkəs rejiminin möhkəmləndirilməsi və əhalinin sülhə hazırlanması üçün əlavə addımlar atmağa çağırıblar. Həmsədrlər həmçinin şərtlər imkan verdiyi anda təmas xəttində monitorinqin bərpası zərurətini vurğulayıblar.

Bununla bağlı bəyanatı həmsədrlər Azərbaycan və Ermənistan XİN başçıları ilə birgə keçirilən videokonfransdan sonra veriblər.

Həmsədrlər sülhə şərait yaradan və konkret danışıqlar üçün əlverişli mühitin yaradılmasının və qorunub saxlanmasının vacibliyini vurğulayıblar. Onlar yerlərdə nisbi sabitliyi müsbət qiymətləndiriblər və tərəflərin gərginlikdən uzaq olmaq üçün mövcud birbaşa əlaqə kanallarından istifadə etməyə davam etmələri ilə bağlı məmnuniyyətlərini dilə gətiriblər. Həmsədrlər qeyd ediblər ki, bu yaxınlarda səslənən təxribat xarakterli bəyanatlar, təhrikedici ritorika və yerlərdə vəziyyətin dəyişməsinə yönələn mümkün addımlar nizamlanma prosesini hiss olunacaq dərəcədə poza bilər.

Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarov həmsədrlərin bəyanatını Meydan TV-yə şərh edərkən deyib ki, açıqlama son prosesləri özündə əks etdirir. O qeyd edib ki, Ermənistanın dəstəyi ilə Şuşada inaqurasiya təxribatı Azərbaycan ictimaiyyətində etirazla qarşılanıb.

“Ona görə müharibə haqqında fikirlər səslənirdi. Həmsərdlərin bəyanatında yenidən hərbi yolun mövcud olmadığını səsləndirməsi Azərbaycan cəmiyyətinin etirazına reaksiyadır. Əgər bəyanatdakı diplomatik ifadələr kənara qoyulsa, bu, birmənalı olaraq indiki vəziyyətin dondurulması istiqamətində tədbirlər və təkliflərdir”.

O vurğulayıb ki, bəyanatda Azərbaycan xalqını və cəmiyyətini narahat edən məsələlərin heç biri öz əksini tapmayıb.

Tofiq Zülfüqarov

Tofiq Zülfüqarov

Источник: google.az

“Nə işğal altındakı ərazilərin azad edilməsi, nə aneksiya siyasətinin dayandırlması tələb olunub. Bu baxımdan həmsədrlər köhnə mövqedə qalırlar və onlardan nəsə gözləməyə dəyməz”.

Tofiq Zülfüqarov hesab edir ki, Azərbaycanın bu cür danışıqlarda iştirakının heç bir mənası və marağı yoxdur. Çünki ATƏT-in Minsk Qrupunun Həmsədrləri bir institut kimi əraziləri azad edən qurum deyil.

“Çox təzadlı mənzərə yaranıb, həmsədrlərlə onların təmsil etdiyi dövlətlərin yanaşmaları fərqlidir. Həmsədrlərin əvvəlki bəyanatda dondurulmiş vəziyyətin davam edə bilməyəcəyini qeyd edilirdi, amma Rusiya 2016-ci ildə Ermənistana silah bağışlayıb. Moskva bu silahları verəndə başa düşür ki, Ermənistan işğalçılıq siyasətindən əl çəkməyəcək. Bu baxımdan ATƏT-in Minsk Qrupundan nəsə gözləməyə ehtiyac yoxdur”.

Dağlıq Qarabağ münaqişəsinin müasir mərhələsi 1988-ci ildə Ermənistan SSR-in Azərbaycan SSR-ə qarşı ərazi iddiaları əsasında başlayıb. 1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi uğrunda Ermənistanla Azərbaycan arasında müharibə baş verib. Nəticədə Azərbaycan ərazilərinin 20 faizi - Dağlıq Qarabağ və ətraf 7 inzibati rayon (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan) Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub, 1 milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Hərbi əməliyyatlar 1994-cü ilin may ayında Bişkekdə Azərbaycan və Ermənistan arasında imzalanmış atəşkəs sazişi ilə başa çatıb. Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ATƏT-in Minsk Qrupu və Rusiya, ABŞ, Fransadan ibarət həmsədrləri məşğul olur.

Пока вы здесь ...

У нас есть небольшая к вам просьба. В среде, где информация находится под жестким государственным контролем, Мейдан ТВ усердно работает над тем, чтобы обеспечить доступ к качественной независимой журналистике. Мы проливаем свет на истории, которые вы иначе не прочитали бы, так как мы считаем, что те, кто не может высказаться, заслуживают быть услышанными, а те, кто находится у власти, должны быть привлечены к ответственности. Мы вкладываем в это значительное время, усилия и ресурсы, поэтому нам нужна ваша помощь.

Ваша поддержка дает возможность нашим смелым журналистам, многие из которых работают под большой угрозой своей личной свободе и безопасности, продолжать свою деятельность. Каждый вклад в защиту независимой журналистики в Азербайджане имеет значение. Спасибо.

ПОДДЕРЖИТЕ НАС
Bölmələr:  
Короткие линки:   http://mtv.re/4yh1tw

Самое читаемое