Tofiq Yaqublu

Источник: Meydan TV

Başlıq: Tofiq Yaqublu

Tofiq Yaqublu hospitala köçürüldü

Статья обновлена:  13 Сентябрь 2020

Nigar Həzi: Xəstəxanaya köçürülmə Avropa Məhkəməsinin tələbi ilə baş tutub

Müsavat Partiyasının və Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Tofiq Yaqublu həbsdə keçirdiyi aclıq aksiyasının 11-ci günündə xəstəxanaya köçürülüb. T.Yaqublunun qızı Nigar Həzi Meydan TV-yə bildirib ki, sentyabrın 12-də axşam saat 20 radələrində siyasi fəal saxlandığı istintaq təcridxanasından "City Hospital"a gətirilib.

N.Həzi bildirib ki, atasının xəstəxanaya köçürülməsi Avropa Məhkəməsinin tələbi əsasında baş tutub.

T.Yaqublunun vəkili Aqil Layıc müvəkkilinin aclıq aksiyası keçirməsi və həyatının təhlükə altında olmasıyla əlaqədar Avropa Məhkəməsinə müraciət edib.

"Vəkil İnsan Haqları və Əsas Azadlıqların Müdafiəsinə dair Avropa Konvensiyasının 39-cu maddəsinə uyğun olaraq, Avropa Məhkəməsinə müraciət edib. Bu qayda əksər hallarda insan həyatı üçün geridönməz həyatı təhlüklər olduqda tətbiq olunur", - deyə N.Yaqublu bildirib.

Avropa Məhkəməsi bu müraciət əsasında Azərbaycan hökumətinə məktub göndərib. Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin rəis müavini İftixar Qurbanov bu məktuba cavabında yazıb ki, T.Yaqublu sentyabrın 7-dən aclıq edir.

"City Hospital"

"City Hospital"

Источник: google.az

N.Həzi bu məlumatın yalan olduğunu vurğulayıb: "Bütün dünya bilir ki, Tofiq Yaqublu sentyabrın 2-də məhkəmədə son sözünü deyəndən sonra aclığa başladığını elan etmişdi. Gögörəsi yalan danışırlar".

N.Həzinin sözlərinə görə, daha bir yalan atasının çəkisi ilə bağlıdır: "Yazıblar ki, guya 81.9 kiloqramdan 80-2 kiloqrama düşüb. Ağ yalandır. Aclıqdan öncə 87-88 kiloqram olub, indi 79-dan da azdır".

Ailə üzvlərinin məlumatına görə, Avropa Məhkəməsi Azərbaycan hökumətinin qarşısında T.Yaqublunun uzağı sentyabrın 15-nə qədər təcridxanadan mülki xəstəxanaya köçürülməsi tələbini qoyub.

T.Yaqublunun işi üzrə "hadisə yerinə baxış protokolu"nda hal şahidi kimi adı olan Nəbi Acalov bəyan edib ki, onun adından atılan imza saxtadır: "Bu imza saxtadır, mənim imzam deyil. Məhkəmədə də bunu sübut etməyə hazıram. Ekspertiza təyin edilsin və hər şeyə aydınlıq gəlsin".

Martın 22-dən həbsdə olan T.Yaqublu sentyabrın 3-də Nizami Rayon Məhkəməsində çıxarılan hökmlə 4 il 3 ay azadlıqdan məhrum edilib. O, hökmdən bir gün öncə məhkəmədə son sözünü deyəndə çıxışının sonunda aclıq aksiyasına başladığını bildirib. T.Yaqublu qanunsuz həbsinə və məhkəmə ədalətsizliyinə etiraz olaraq bu addımı atdığını, azadlığa buraxılana qədər aclığı dayandırmayacağını bəyan edib.

Пока вы здесь ...

У нас есть небольшая к вам просьба. В среде, где информация находится под жестким государственным контролем, Мейдан ТВ усердно работает над тем, чтобы обеспечить доступ к качественной независимой журналистике. Мы проливаем свет на истории, которые вы иначе не прочитали бы, так как мы считаем, что те, кто не может высказаться, заслуживают быть услышанными, а те, кто находится у власти, должны быть привлечены к ответственности. Мы вкладываем в это значительное время, усилия и ресурсы, поэтому нам нужна ваша помощь.

Ваша поддержка дает возможность нашим смелым журналистам, многие из которых работают под большой угрозой своей личной свободе и безопасности, продолжать свою деятельность. Каждый вклад в защиту независимой журналистики в Азербайджане имеет значение. Спасибо.

ПОДДЕРЖИТЕ НАС
Статья обновлена:  13 Сентябрь 2020
Bölmələr:  
Короткие линки:   http://mtv.re/24s9ev

Самое читаемое