Təfəkkür Universitetinin tələbələri diplomlarının verilmədiyi üçün etiraz edirlər

Təfəkkür Universitetinin tələbələri diplomlarının verilmədiyi üçün etiraz edirlər

İyulun 29-da Təfəkkür Universitetinin tələbələri Təhsil muzeyi qarşısında etiraz ediblər. 2020-ci ilin məzunları diplomlarının verilməməyindən şikayətçidir.

Təfəkkür Universitetinin akkreditasiya müddəti 2016-cı ildə bitib. Tələbələr deyir ki, ikinci kursda onlara başqa universitetə transfer ola bilmək imkanı verilib. Ancaq bir qisim tələbə müəllimlərinə və universitetə dəstək üçün qalıb. Məzunlar şikayət edir ki, bir ildir, nə Təhsil Nazirliyi, nə də “Təfəkkür” universiteti rəhbərliyi onların diplom problemini həll edir.

Aksiyadan sonra Təhsil Nazirliyinin nümayəndəsi tələbələrlə görüşüb, bildirib ki, avqustun 3-də şikayətçilərlə canlı görüş keçiriləcək.

Ana səhifəVideoTəfəkkür Universitetinin tələbələri diplomlarının verilmədiyi üçün etiraz edirlər