Taksi sürücüsü: Qadın olduğum üçün çox xətrimə dəyirlər

Taksi sürücüsü: Qadın olduğum üçün çox xətrimə dəyirlər

Nurcahan Cəbiyeva 33 ildir taksi sürücüsü işləyir. O deyir ki, 5-ci uşağa hamilə olanda yoldaşı vəfat edib, bir müddət ticarətlə məşğul olandan sonra uşaqlarını böyütmək üçün taksi sürməyə başlayıb. Beləcə 5 uşağını yerbəyer etdiyini deyən Nurcahan Cəbiyevanın hazırda 12 nəvəsi, 2 nəticəsi var.

Nurcahan xanım son illərdə qadın sürücülərin sayının çoxaldığını deyir. Pandemiya ona da təsirsiz ötüşməyib. Ölkəyə turistlərin az gəlməsi onun maddi gəlirini azaldıb.

Nurcahan Cəbiyeva deyir ki, qadın olduğu üçün digər taksi sürücüləri ona qarşı diskriminasiya edirlər.

O, uşaq vaxtı müğənni olmaq istəyirmiş, deyir ki, indi də müğənnilərə həsədlə baxır, arzusuna çatmadığı üçün heyfsilənir.

Ana səhifəVideoTaksi sürücüsü: Qadın olduğum üçün çox xətrimə dəyirlər