Polad Mustafayev

Источник: Foto: Meydan tv

Başlıq: Polad Mustafayev

Sürüşmədə evini itirən şəxs: Prezidentin dediyinə əməl edən yoxdur

“İcra Hakimiyyəti Prezidentin tapşırığına əməl etmək üçün 2-3 sot torpaq tapmır?”

“Düz 5 ildir ki, biz qohum evlərində qalmışıq. Yaşamağa evimiz yoxdur. Daha üz də qalmayıb, utanırıq. Yaşamağa yeri olmamaq çox pisdir”.

Şamaxının Muğanlı kəndinin sakini 42 yaşlı Polad Mustafayev belə deyir.

2012-ci ildə Şamaxının Muğanlı kəndində torpaq sürüşməsi olmuşdu. Nəticədə kəndin 14 evi tamamilə, bir çox ev isə qismən uçmuş, qəzalı vəziyyətə düşmüşdü.

Sürüşmədən 2 il sonra Şamaxı rayonunun Meysəri kəndinin ərazisində evi uçan və qəzalı duruma düşən sakinlərə dövlət hesabına qəsəbə salındı. Burada 100-ə yaxın ev tikildi.

Polad Mustafayev deyir ki, bölgü ədalətli olmayıb. Həmin sürüşmədə onlar da evlərini itiriblər. 8 nəfərlik ailəyə 3 otaqlı kiçik bir ev veriblər. Buna görə o, ailəsini götürüb evdən çıxmalı olub. Həmin gündən də qohum evlərində qalır və bu, ona heç də asan başa gəlmir:

“2 bacı, 4 qardaşıq. Bir də ata və anamdır. Bu qədər insana 3 otaqlı ev veriblər. Mən də evləndim, yoldaşım və 2 uşaqla orada qala bilmədik. Çıxdıq. Yaxşı evdir, ancaq kiçikdir, hamımıza azdır”.

Polad Mustafayev deyir ki, evdən çıxandan sonra bir müddət kirayədə qalıblar. Sonra onu da çatdıra bilməyib, çıxıblar:

“2 övladım var. Biri ağır qan xəstəsidir (red:uşaq leykemiyadan əziyyət çəkir ). Onun müalicəsinə çox xərcimiz çıxır. Tez-tez Bakıya aparıb gətiririk. Həftəyə iynələri 90 manat tutur. Pensiya alır, ancaq müalicəsinə yetmir. 82 manat pensiya alırdı, indi 150 ediblər. Ancaq yenə çatmır. Odur ki, kirayədən də əlimizi üzdük”.

Polad Mustafayev problemi ilə bağlı Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya məktublar yazıb: “Həmin məktublara cavab olaraq buradakı yerli icra hakimiyyətinə cavab gəldi. Tapşırıq verildi ki, onlara ev tikib verin”.

"Həmin sürüşmədə onlar da evlərini itiriblər"

"Həmin sürüşmədə onlar da evlərini itiriblər"

Источник: Foto: Meydan tv

Polad Mustafayev deyir ki, yerli məmurlar bu tapşırığa əməl etməyiblər. Günü-günə satıblar. Nəticədə onlar hələ də evsizdilər, qohum evlərində qalırlar:

“Gah dedilər, “torpaq ver, tikim”. Gah da dedilər ki, imkan yoxdur, olan kimi tikiləcək. Mənim də təyinatı ev tikməyə izin verən torpağım yoxdur. Biri bu dağılmış evin yeridir. Deyirlər, “bura təhlükəlidir”. Bir də aşağıdadır, kənd təsərrüfatı təyinatlıdır. Ona da deyirlər ki, ev tikmək olmaz. Bəs onda mən yazıq nə edim?”

Polad Mustafayev başqa torpağının olmadığını söyləyir. Deyir, əslində o əkin təyinatı olan torpağının yanında özünə ev, hətta villa tikənlər də var. Onlara heç deyən yoxdur ki, əkin üçün nəzərdə tutulub:

“O boyda tapşırıq gəlib, yəni bir torpağın təyinatını dəyişə bilmirlər? Və yaxud İcra Hakimiyyəti Prezidentin tapşırığına əməl etmək üçün 2-3 sot torpaq tapmır?”

Polad Mustafayev artıq ailəsi ilə birgə 5 ildir küçələrdə qaldığını deyir:

“Bakıya köçdük bir ara. Kirayə pulunu çatdıra bilmədim. Bir müddət maşınyuma məntəqəsində işlədim. Gecə-gündüz maşın yuyurdum. Çatdırmadım, heç nə alındıra bilmədim. Odur ki, son ümid kimi Prezidentimə müraciət etdim. Onun dediyinə isə əməl edən yoxdur. Bəlkə də torpaq bəhanədir, problemi heç həll etmək istəmirlər. Deyirəm, 58 sot torpağım var, verirəm sizə. Onun 10 sotunda mənə bir daxma tikin, qalanı lap olsun sizin. Buna da qol qoymurlar”.

Şamaxı Şəhər İcra Hakimiyyətindən Meydan TV-yə məsələni araşdıracaqlarını deyiblər: “Tapşırıq varsa, ola bilməz ki, bu günə qədər icra edilməsin. Araşdıracağıq, əgər belə bir şey varsa, əlimizdən gələn köməyi edərik”.

Пока вы здесь ...

У нас есть небольшая к вам просьба. В среде, где информация находится под жестким государственным контролем, Мейдан ТВ усердно работает над тем, чтобы обеспечить доступ к качественной независимой журналистике. Мы проливаем свет на истории, которые вы иначе не прочитали бы, так как мы считаем, что те, кто не может высказаться, заслуживают быть услышанными, а те, кто находится у власти, должны быть привлечены к ответственности. Мы вкладываем в это значительное время, усилия и ресурсы, поэтому нам нужна ваша помощь.

Ваша поддержка дает возможность нашим смелым журналистам, многие из которых работают под большой угрозой своей личной свободе и безопасности, продолжать свою деятельность. Каждый вклад в защиту независимой журналистики в Азербайджане имеет значение. Спасибо.

ПОДДЕРЖИТЕ НАС
Bölmələr:  
Короткие линки:   http://mtv.re/c0auk2

Самое читаемое