Sülh fəalı: “Rusiya Paşinyanı istefaya göndərmək istəyir”

Sülh fəalı: “Rusiya Paşinyanı istefaya göndərmək istəyir”

Cəbhə bölgəsində üçüncü gündür atəş səsləri kəsilmir. 27 sentyabr səhər saatlarından Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində müharibə başlayıb. Hər iki ölkədə hərbi səfərbərlik elan olunub.

“Bax bura Kənd Horadizdir, onun ətrafındakı qəsəbələrdi, kəndlərdi”,- jurnalist Şahin Hacıyev xəritədə işğaldan azad olunan əraziləri göstərir.

Sadalanan kəndlər 2 gün əvvəl başlayan hərbi toqquşmalar nəticəsində azad edilib. Lakin Azərbaycanın əraziləri 30 ildən çoxdur işğal altındadır. BMT-nin bununla bağlı qətnamələri var. Bəs müharibə niyə indi başladı?

“Rusiya Paşinyanı istefaya göndərmək istəyir. Bu məsələdə Qarabağ münaqişəsindən istifadə etmək istəyir. Buna görə də olsa bilsin, bu mərhələdə Rusiya qarışmayacaq, Azərbaycana icazə verəcək ki, irəliləsin. Ancaq Rusiya Dağlıq Qarabağın və 7 rayonun bütünlüklə qaytarılmasını istəmir. Mən, əminəm ki, Rusiya Paşinyanı istefaya göndərəndən sonra əvvəlki siyasətinə qayıdacaq. Və qorxuram, beləcə münaqişənin yeni mərhələsi başlasın”-sülh fəalı, hüquq müdafiəçisi Arzu Abdullayeva deyir.

Budəfəki döyüşlərdə Türkiyə hökuməti tam dəstəklə Azərbaycanın yanında olduğunu deyir. Cəbhə bölgələrində onların da bayrağı dalğalanır.

“Türkiyənin xarici siyasəti son 4-5 ildə xeyli dəyişib. Türkiyə regionda- şərqdə aparıcı dövlət rolu oynamaq istəyir. Artıq bir neçə hərbi konfliktdə, o, NATO-nun üzvü kimi yox, sırf region lideri kimi hərəkət edir. Məsələn, Suriya, İraq və Livayada apardığı hərbi əməliyyatlar NATO tərəfindən pislənmişdi. Buna baxmayaraq davam elədi. O ki qaldı Azərbaycana, şübhələnməyə və ya təəccüblənməyə ehtiyac yoxdu. Türkiyənin bu xətti Azərbaycan üçün çox müsbət bir haldır”,- jurnalist Şahin Hacıyev şərh edir.

Beynəlxalq təşkilatlar isə hər iki ölkəni əməliyyatları dərhal dayandırmağa çağırıb. Elə bu gün BMT Təhlükəsizlik Şurası Qarabağ münaqişəni müzakirə etmək üçün qapalı görüş planlayıb.

(İlhamın çıxışı, biz Madrid prinsiplərinə söykənirik)

Madrid prinsipləri – Dağlıq Qarabağ münaqişəsinin həll edilməsi üçün ATƏT-in Minsk qrupu tərəfindən hər iki tərəfə təklif olunan sülh modelidir. Lakin bu model də özündən əvvəlkilər kimi faydasız hesab olundu.

Müdafiə Nazirliyi döyüşlərdə Azərbaycan ordusunun neçə əsgər itirdiyi haqda məlumat yaymayıb. Xarici İşlər Nazirliyi isə mülki əhalidən 6 nəfərin öldüyü, 19 nəfərin yaralandığı xəbərini verib.

Ana səhifəVideoSülh fəalı: “Rusiya Paşinyanı istefaya göndərmək istəyir”