Источник: Meydan.TV

Şoyqunun “Qarabağ”ı tanıması

Azərbaycan özünün ərazi bütövlüyü məsələsinin Rusiyanın daxili intriqalarının predmeti olmasına imkan verməməlidir

Rusiya Müdafiə Nazirliyinin saytında “Dağlıq Qarabağ Respublikası” adı rəsmi qaydada bir neçə dəfə yazıldı. Azərbaycan cəmiyyəti buna hamılıqla etiraz edəndən sonra Azərbaycan XİN bu barədə diplomatik kanallarla etiraz edildiyini bəyan etdi. Bu zaman ortaya başqa suallar çıxdı.

Azərbaycan niyə özünün ərazi bütövlüyünə qarşı Rusiyanın rəsmi dövlət orqanının saytında baş vermiş olaya açıq nota verməkdən çəkinib, yaxud da buna ehtiyac duymayıb?

Rusiya MN niyə belə bir “addım”a ehtiyac duyub? Azərbaycan daha hansı addımları atmalıdır?

Jirnovski olar, Şoyqu əsla!

Az müddət öncə Rusiya Liberal Demokrat Partiyasının lideri Vladimir Jirnovski Azərbaycan dövlət başçısı İlham Əliyevi “diktator” adlandırmış və onu Rusiyanın siyasi dəstəyini geri çəkəcəyi ilə hədələmiş, bunun nəticəsinin ağır ola biləcəyini demişdi. Nə baş verdi? Azərbaycan XİN rəsmi nota verdi və Rusiyadan izahat tələb etdi. Ölkədə böyük bir “xor” Jrinovskiyə cavab verməkdən özünü saxlamdı. Və bu xorun bir dirijor çubuğunun işarəsi ilə işlədiyi heç kimdə şübhə doğurmadı. İndiki halda isə ünvan şəxs deyil, Azərbaycan dövlətinin ərazi bütövlüyüdür. Amma nədənsə, bu məsələyə etiraz, ictimai qınaqdan sonra, həm də qapalı diplomatik kanallarla çatdırılır. Eyni zamanda Azərbaycanın ərazi bütövlüyünə sayğısızlıq edən Rusiyada psevdomüxalifət filan deyil, dövlətin rəsmi qurumudur- Müdafiə Nazirliyi. Rəsmi nota üçün əsas yoxdurmu? Düşünürəm ki, var. Həm də əvvəlkindən daha ciddi əsas. Elə isə niyə Jrinovskiyə nota olar, Şoyquya olmaz? Biz bu sualın cavabını yaxın zamanlarda biləcəyik. Ola bilsin ki, Rusiyanın daxilindəki siyasi aydınlaşmadan sonra.

Dostumuz Putin, bəs Şoyqu?

Belə bir fikir var ki, Rusiyada hazırda ciddi daxili siyasi ziddiyyətlər var. Məhz Qarabağla bağlı baş verənlər də sözügedən Kreml intriqalarının proyeksiyalarıdır. Yəni Rusiyada artıq Putinin sonunu görən qruplar hakimiyyətin yeni konfiqurasiyaları uğrunda mübarizələr aparır, bu məqsədlə qruplaşırlar. Şoyqunun belə qruplardan birinin başında olduğu və Hərbi Sənaye Kompleksi tərəfindən ciddi dəstəkləndiyi bildirilir. Beləliklə, tezis ondan ibarətdir ki, faktiki olaraq bizim əleyhimizə iş aparan qrup Putinə bağlı deyil. Yaxud da, hazırki Rusiya prezidenti bizim əleyhimizə deyil. Ancaq sosial şəbəkələrdə yayılan bu tezisin iki mühüm anti-tezisi var ki, onun da haqqında düşünməmək olmaz.

Əgər Şoyqu Azərbaycana qarşı Putinin iradəsindən kənarda belə addımlar ata bilirsə, deməli, onun imkanları ən azı Qarabağ məsələsində Putinin imkanlarını üstələyir. Bu belədirsə, Azərbaycan özünün ərazi bütövlüyü məsələsinin Rusiyanın daxili intriqalarının predmeti olmasına imkan verməməlidir və adekvat addımlarla bu xoşagəlməz nəticələr aradan qalxmalıdır.

İkincisi, Şoyqu post-Putin dövründə hakimiyyətə iddialı qrupun lideridirsə, o zaman onun hakimiyyət ehtimalına Azərbaycan necə hazırdır? Bu, Azərbaycan üçün növbəti ciddi problem deyilmi? Yaxud da, indiki durumun daha da dərinləşən istiqamət almasının qarşısında Azərbaycan hökuməti hansı addımları atmaq niyyətində, yaxud imkanındadır?

Göründüyü kimi Azərbaycan hökuməti Şoyquya münasibətdə, ehtiyatlı davranmağa üstünlük verir. Bunun necə nəticələnəcəyini isə növbəti yazılarımızda aydınlaşdırmağa çalışacağıq.

Пока вы здесь ...

У нас есть небольшая к вам просьба. В среде, где информация находится под жестким государственным контролем, Мейдан ТВ усердно работает над тем, чтобы обеспечить доступ к качественной независимой журналистике. Мы проливаем свет на истории, которые вы иначе не прочитали бы, так как мы считаем, что те, кто не может высказаться, заслуживают быть услышанными, а те, кто находится у власти, должны быть привлечены к ответственности. Мы вкладываем в это значительное время, усилия и ресурсы, поэтому нам нужна ваша помощь.

Ваша поддержка дает возможность нашим смелым журналистам, многие из которых работают под большой угрозой своей личной свободе и безопасности, продолжать свою деятельность. Каждый вклад в защиту независимой журналистики в Азербайджане имеет значение. Спасибо.

ПОДДЕРЖИТЕ НАС
Bölmələr:  
Короткие линки:   http://mtv.re/n7pxrl

Самое читаемое