SORĞU: Hər yağışdan sonra şəhəri su basır. Bunun günahı kimdədi?

Sentyabrın 23-də səhər saatlarından başlayan yağış Bakının mərkəzi küçələrindən tutmuş kənar qəsəbələrəcən gölməçələr yaradıb. Hər il yağan yağışlar paytaxtı iflic vəziyyətinə salır. Sakinlərdən bunun səbəbini soruşduq.

– Günahkar o sahəyə baxanlardı. Əvvəldən hazırlıqlı olmalı idilər ki, belə vəziyyət yaranmasın.

– Kanalizasiya sistemi işləmir.

– Normadan artıq yağıb, kanalizasiyalar çəkmir. Hansısa məmurun əleyhinə danışa bilmərəm. Kim günahkardı onu Allah bilər.

– Mən siyasi işə qarışmıram. Bu, siyasi söhbətdir.

Ana səhifəVideoSORĞU: Hər yağışdan sonra şəhəri su basır. Bunun günahı kimdədi?