Son sutkada Azərbaycanda koronavirusa 280 nəfər yoluxub

“Onlardan 219 019 nəfər müalicə olunaraq sağalıb, 3 064 pasiyent ölüb”

Source: Meydan TV


11 nəfərin öldüyü deyilir

Yanvarın 22-də Azərbaycanda 280 adam COVID-19 infeksiyasına yoluxub, 632 nəfər müalicə olunaraq sağalıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatında deyilir.

Operativ Qərargah 11 nəfərin öldüyünü bildirib.

Qərargah Azərbaycanda indiyə qədər ümumilikdə 228 526 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğunu xatırladıb:

“Onlardan 219 019 nəfər müalicə olunaraq sağalıb, 3 064 pasiyent ölüb. Hazırda aktiv xəstə sayı 6 443 nəfərdir”.

Eyni zamanda, son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 144, ötən müddət ərzində isə ümumilikdə 2 347 951 testin aparıldığı qeyd olunub.

Ana səhifəSosialSon sutkada Azərbaycanda koronavirusa 280 nəfər yoluxub