“Sobsan” boya fabrikində yanğın başlayıb (yenilənib)

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Source: Specify Source

***


Səhiyyə Nazirliyinin məlumatına görə, Binəqədi rayonunda baş verən yanğın hadisəsi ilə əlaqədar Təcili Tibbi Yardım (TTY) stansiyasına çağırış 20:18-də daxil olub. Hadisə yerinə 3 TTY briqadası cəlb olunub. Hadisə nəticəsində 4 nəfər FHN əməkdaşı müraciət edib ki, onlardan 1-i başın travması ilə 3 saylı şəhər xəstəxanasına, 3 nəfər isə Toksikologiya Mərkəzinə aparılıb.

***


Fabrik iki saatdır yanır

İyulun 4-də axşam saatlarında Bakının Binəqədi rayonunda yerləşən "Sobsan" boya fabrikində yanğın başlayıb.

2 saatdan artıqdır ki, yanan fabrik hələ söndürülmür.

Binəqədi rayonunun 7-ci mikrorayon ərazisində yerləşən "Sobsan" Boya Fabrikinin söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri cəlb edilib. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Ana səhifəSosial“Sobsan” boya fabrikində yanğın başlayıb (yenilənib)