Şikayətçi: “Mənə yaraşarmı üzərimə benzin töküm yandırım?”

Şikayətçi: “Mənə yaraşarmı üzərimə benzin töküm yandırım?”

Leyla Abdullayeva may ayı ərzində artıq ikinci dəfədir ki, Baş prokuror Kamran Əliyevin qəbuluna düşməyə çalışır. O, özünə qarşı açılan cinayət işini əsassız hesab edir və məsələnin ədalətli araşdırılmasını istəyir. Leyla Abdullayeva Nizami Rayon Prokurorluğundan və Nizami Rayon Polis İdarəsindən şikayətçidir. O deyir ki, hər iki qurum onun külli miqdarda faizə pul götürdüyünü iddia edir.

Leyla Abdullayeva qeyd edir ki, qarşı tərəfdən sübut kimi ona məxsus olmayan əlyazma təqdim edilib və bu ilin fevral ayında sözügedən əlyazma ilə bağlı ekspertiza təyin olunub.

Şikayətçi Baş Prokurorluğun qəbul şöbəsinin rəisi Toğrul Əhmədovun qəbuluna dəvət olunub. Ona bildirilib ki, iş sözügedən qurumlardan alınıb Baş Prokurorluqda araşdırılacaq.

Ana səhifəVideoŞikayətçi: “Mənə yaraşarmı üzərimə benzin töküm yandırım?”