Elnur Astanbəyli

Источник: Foto: Meydan TV

Başlıq: Elnur Astanbəyli

Sevincsizlik illəri

Azərbaycanlılar gülüşü yadırğayırlar

Yəqin çoxu fikir verib, Azərbaycanda insanların sifətində gülüş görmək, təbəssüm görmək getdikcə nadir hadisəyə çevrilir.

Səhər tezdən durub çıxırsan küçəyə, cəmi yüz-iki yüz addımdaca qarşına çıxan adamların üzünə baxmaq kifayətdir ki, hansı ölkədə yaşadığını bir daha dərk edəsən! Başa düşəsən ki, insanlar qayğılar altında əzilirlər, yorğundular, üzgündülər, ən əsası, ümidsizdirlər.

Osa yeni gün – yeni bir başlanğıc deməkdir, yeni istəklər, hədəflər deməkdir.

Lakin bunun azərbaycanlılara zərrəcə dəxli yoxdur. Yeni gün onlar üçün dünənin qaldığı yerdən davamıdır. Dünən də bir qarın çörəyi necə qazanacaqlarını düşünürdülər, bu gün də o düşüncə ilə evdən çıxırlar.

Dünən də xirtdəyə çatan borclarla yuxudan oyanmışdılar, bu gün də eyni qayğı ilə evdən çıxırlar.

Dünən də "neft və milyonlar səltənətinin" "çörəyini daşdan çıxarmaq" məcburiyyətini çiyinlərində ağır yük kimi daşımışdılar, bu gün də daşımaq məcburiyyəti altındadırlar.

Daha pis olan odur ki, sabah da fərqli olmayacaq!

Artıq bunun fərqindədirlər, gözəl günlər görəcəklərinə dair zərrəcə inamları yoxdur və bu, onların gözlərindən oxunur. Sifətlərindəki, yerişlərindəki ağırlıq, yorğunluq bax o ümidsizliyin əsəridir!

Bax o ümidsizliyin nəticəsidir ki, insanlarımızın üzündən zəhrimar tökülür, mənfi enerji yağır.

Hətta rəsmi statistikalar belə, Azərbaycanda bütün xəstəliklər üzrə rəqəmlərin ilbəil qorxunc şəkildə yüksəldiyini gizləyə bilmir. Bir zamanlar infarkt yaşı 50-nin üzərində ikən indi 35 yaşadək düşüb.

Bunun səbəbləri arasında mütləq ölkədə getdikcə daha da kütləviləşən sevincsizlik var. Dərinləşən sosial-iqtisadi böhranın – işsizliyin, yoxsulluğun, səfalətin, borc bataqlığının özü ilə gətirdiyi əsəb, stress var. Yuxarıda da yazdığım kimi, ən əsası, bütün bu məşəqqətlərdən qurtula biləcəyinə inamsızlıq var.

Şişirdib-zad eləmirəm, getdikcə daha aydın görürəm ki, azərbaycanlılar təbəssümü yadırğayırlar, azərbaycanlılar gülüşü yadırğayırlar.

Gülüşün, təbəssümün yerini isə məsələn, Rəfaellə Coşqunun, ya da "Bakılı oğlanlar"ın zövqsüz, şit, estetikadan, düşündürücülükdən uzaq, bayağı tamaşalarına hırıldamaq tutur.

Bəli, biz artıq gülmürük, biz hırıldayırıq.

Çünki sevinməyi tərgitmişik. Sevinc elə bir hissdir ki, o adamların gülüşünü, təbəssümünü formada saxlayır.

Sevinc yoxdursa, təbəssüm, gülüş də yoxdur.

Əvəzində gicgicə şeylərə hırıldamaq var. Nə etməli, adamlar həyatın stressini, qaramatını üzərindən atmaq üçün axırda gedib Rəfaellə Coşquna, "Bakılı oğlanlara"-zada sığınırlar. Ən adi şeylərdən özlərinə toy-bayram, əyləncə, ümummilli sevinc düzəldirlər. Tutaq ki, futbol millimizin Lixtenşteynə qol vurmasından! Ya da ölkədəki beş min bələdiyyədən birinə bir müxalif namizədin seçilməsindən!

Əslində ağlamalı vəziyyətdir, ancaq məmləkətdə sevinməli heç nə qalmayıbsa, boğulan saman çöpündən yapışdığı kimi, durub ikinci, üçüncü dərəcəli məsələlərdə xırda bir uğurdan özünə təntənə düzəltməyəsən, neyləyəsən axı?

Müstəqilliyin qazanılmasından bu yana keçən dövrü, bir qayda olaraq, "itirilmiş illər" adlandırırıq. Haqsız da deyilik: artıq 30 ilə yaxınlaşan həmin dövr ərzində irəliyə doğru iynə ucu boyda məsafə qət etməmişik. Əksinə, bütün sahələrdə yalnız geriyə getmişik. Bu günün pəncərəsindən baxdıqda ölkənin ictimai-siyası həyatı hətta 15 il əvvəlki müqayisədə belə, daha durğun, daha boz, daha darıxdırıcıdır. Məmləkətdə fərqli fikir az-çox qalıbsa, nəfəs ala bilirsə, internetin yaratdığı imkanlara görədir, sosial şəbəkələrin yoxluğunda dərdimizi deyəcək, ürəyimizdən keçənləri ifadə edə biləcəyimiz bir tribuna yoxdur. Təhsil desəniz, vəziyyət göz önündədir. Səhiyyə desəniz, kor-kor, gör-gör.

Bir sözlə, bu 30 il sözün həqiqi mənasında itirilmiş illərdir.

İndi isə onu həm də, rahatlıqla "sevincsizlik illəri" adlandıra bilərik.

Ürəyimizdən fərəh, üzümüzdən təbəssüm, dodaqlarımızdan gülüş perik düşüb.

Artıq dərdlərimizi işsizlik, pulsuzluq, hüquqsuzluq, ədalətsizlik, təhsilsizlik, səhiyyəsizlik, Qarabağsızlıq... deyə uzun-uzadı sıralamağa ehtiyac yoxdur.

Onları bircə sözlə ümumiləşdirib ifadə edə bilərik: sevincsizlik!

Пока вы здесь ...

У нас есть небольшая к вам просьба. В среде, где информация находится под жестким государственным контролем, Мейдан ТВ усердно работает над тем, чтобы обеспечить доступ к качественной независимой журналистике. Мы проливаем свет на истории, которые вы иначе не прочитали бы, так как мы считаем, что те, кто не может высказаться, заслуживают быть услышанными, а те, кто находится у власти, должны быть привлечены к ответственности. Мы вкладываем в это значительное время, усилия и ресурсы, поэтому нам нужна ваша помощь.

Ваша поддержка дает возможность нашим смелым журналистам, многие из которых работают под большой угрозой своей личной свободе и безопасности, продолжать свою деятельность. Каждый вклад в защиту независимой журналистики в Азербайджане имеет значение. Спасибо.

ПОДДЕРЖИТЕ НАС
Bölmələr:  
Короткие линки:   http://mtv.re/j1em9o

Самое читаемое