Sevda Ələkbərzadə fərqli tərzdə mahnı oxuyub

Zaza Oraşvili uzun illər öncə müğənninin “Mən səni gözlədim” adlı daha bir mahnısına ekran həyatı verib.

Source: Specify Source


Əməkdar artist Sevda Ələkbərzadə “İstəmirəm” adlı yeni mahnısına çəkdirdiyi klipini “YouTube” kanalında təqdim edib

Sözləri Orxan Qarabasmaya, musiqisi İsmayıl Əsədova aid mahnıya klipi gürcüstanlı rejissor Zaza Oraşvili çəkib.

Çəkilişlər Tbilisidə aparılıb.

Zaza Oraşvili uzun illər öncə müğənninin “Mən səni gözlədim” adlı daha bir mahnısına ekran həyatı verib.

Caz, xalq və muğam janrında musiqilər ifa edən Sevda Ələkbərzadənin yeni mahnısı üslubuna görə əvvəlkilərdən xeyli fərqlənir.

“Yeni tərzdə mahnı oxumaq özüm üçün də maraqlı idi. Təcrübə etməyi çox sevirəm. Mənə görə maraqlı mahnı alınıb”, – deyə müğənni bildirib.

Sevda Ələkbərzadə dünya şöhrətli bəstəkar və müğənni Sami Yusufla birgə bu il iyunun 30-dan iyulun 10-dək Bakıda keçirilən UNESCO-nun Dünya İrs Komitəsinin 43-cü sessiyasının açılış mərasimində “Girdim yarın bağçasına” adlı xalq mahnısını simfonik orkestrin müşayiəti ilə səsləndirib. O, mahnını Azərbaycan, Sami Yusuf isə ingilis dilində oxuyub.

Ana səhifəMədəniyyətSevda Ələkbərzadə fərqli tərzdə mahnı oxuyub