Səudi şəhzadəsi: İran münaqişəsi bitməzsə, neft qiymətləri qəfil yüksələcək

Məhəmməd bin Salman ABŞ-ın xəbər proqramında çıxış edib

Source: a


Məhəmməd bin Salman ABŞ-ın xəbər proqramında çıxış edib

Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman xəbərdarlıq edib ki, beynəlxalq birlik İrana qarşı “güclü və möhkəm” mövqe sərgiləməzsə, dünya neft qiymətləri təsəvvür edilməyəcək qədər yüksək səviyyəyə yüksələ bilər.

“Dünya İrana qarşı güclü və qətiyyətli tədbirlər görməzsə, biz dünya maraqlarını təhdid edəcək daha bir eskalasiya ilə qarşılaşacağıq,“- şahzadə həftəlik ABŞ xəbər proqramı “60 dəqiqə“-yə bildirib.

Sentyabrın 29-da yayımlanan müsahibə Səudiyyə Ərəbistanının neft qurğularına edilmiş hücumdan 15 gün sonraya təsadüf edir. Hücum ölkənin xam neft hasilatının 50 faizini və qlobal neft tədarükünün 5 faizini iflic etmişdi.

Səudiyyə Ərəbistanı şahzadəsi ABŞ Dövlət Katibi Mayk Pompeo ilə birlikdə 14 sentyabr hücumunu müharibə aktı adlandıraraq, Səudiyyə Ərəbistanının bölgədəki düşməninin İranın olduğunu qeyd ediblər.

Fransa, Almaniya və İngiltərə də hücumda Tehranı günahlandırıb.

İran hücumla heç bir əlaqəsinin olmadığını qeyd edib. Yəmənli Huthi üsyançıları hadisənin məsuliyyətini öz üzərinə götürüblər.

Şahzadə məsələnin hərbi yolla deyil, siyasi yolla həllinin tərəfdarı olduğunu qeyd edib. O bildirib ki, müharibə yoluna üstünlük verilməsi dünya iqtisadiyyatına böyük zərbə ola bilər.

“Siyasi və sülh yolu ilə həll hərbi məsələdən daha yaxşıdır,“- deyə o bildirib.

Ana səhifəDünyaSəudi şəhzadəsi: İran münaqişəsi bitməzsə, neft qiymətləri qəfil yüksələcək