Sərnişin və yük daşınmalarına nəzarət edən qurumların səlahiyyəti müəyyənləşdirilib

Bununla bağlı Milli Məclisin noyabrın 26-da keçirilən iclasında “Avtomobil nəqliyyatı haqqında” qanuna təklif edilən dəyişik layihəsi müzakirəyə çıxarılıb.

Source: Finans.az


Qanun layihəsi təsdiqlənib

Avtomobil nəqliyyatı ilə sərnişin və yük daşınmalarının təhlükəsizliyinə, habelə daşınmalarda istifadə edilən avtonəqliyyat vasitələrinin istismarına və saxlanılmasına nəzarəti həyata keçirən qurumların səlahiyyətləri müəyyənləşib.

Bununla bağlı Milli Məclisin noyabrın 26-da keçirilən iclasında “Avtomobil nəqliyyatı haqqında” qanuna təklif edilən dəyişik layihəsi müzakirəyə çıxarılıb.

Dəyişikliyə əsasən, bu fəaliyyəti öz səlahiyyətləri daxilində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti, publik hüquqi şəxs statusuna malik Bakı Nəqliyyat Agentliyi, habelə aidiyyəti şəhər icra hakimiyyətlərinin tabeliyindəki Sumqayıt Nəqliyyat və Gəncə Nəqliyyat MMC-lər həyata keçirirlər.

Dövlət Avtomobil Nəqliyyatı Xidməti avtomobil nəqliyyatı sahəsində (Bakı, Sumqayıt və Gəncə şəhərlərinin inzibati ərazisində avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili sərnişindaşıma və taksi minik avtomobilləri ilə sərnişindaşıma istisna olmaqla) dövlət tənzimləməsini, beynəlxalq və ölkədaxili sərnişin və yük daşımalarına dair qayda və tələblərə, habelə bu sahədə Azərbaycan Respublikasının normativ hüquqi aktlarının və tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına riayət edilməsinə dövlət nəzarətini həyata keçirir.

Bakı Nəqliyyat Agentliyi Bakı şəhərinin inzibati ərazisində, “Sumqayıt Nəqliyyat” və “Gəncə Nəqliyyat” Məhdud məsuliyyətli cəmiyyətləri isə müvafiq olaraq Sumqayıt və Gəncə şəhərlərinin inzibati idarəsində avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili sərnişindaşıma və taksi minik avtomobilləri ilə sərnişindaşıma sahəsində tənzimləmə və nəzarəti həyata keçirirlər.

İclasda bir neçə qanun layihələri də III oxunuşda səsverməyə çıxarılaraq təsdiqlənib.

Ana səhifəSosialSərnişin və yük daşınmalarına nəzarət edən qurumların səlahiyyəti müəyyənləşdirilib