Lavrov və Ceyhun Bayramov

Источник: Trend

Başlıq: Lavrov və Ceyhun Bayramov

Sergey Lavrov: Mənə elə gəldi ki, Ermənistan rəhbərliyi problemi həll etmək lazım olduğunu anlayır

Статья обновлена:  11 Май 2021

XİN rəhbərləri mətbuat konfransı keçirib

Azərbaycanda səfərdə olan Rusiyanın xarici işlər naziri Sergey Lavrov mayın 10-da Prezident İlham Əliyevlə, bir gün sonra, mayın 11-də isə həmkarı Ceyhun Bayramovla görüşüb.

Azərbaycan və Rusiya XİN-ləri arasında 2021-2022-ci illər üçün məsləhətləşmələr Planı imzalanıb.

Görüşdən sonra birgə mətbuat konfransı keçirilib. Nazir Ceyhun Bayramov Lavrovla apardıqları müzakirələr haqda məlumat verib:

“Biz iki ölkənin Xarici İşlər Nazirlikləri arasında 2021-2022-ci illər üçün məsləhətləşmələr Planını müzakirə etdik. Eyni zamanda, əməkdaşlıq və təhlükəsizlik məsələləri barəsində də fikir mübadiləsi apardıq. Ölkələrimiz bir sıra tranzit xətlərin keçdiyi yerdir. Yaxşı xəbərlərdən biri odur ki, ağır keçən 2020-ci ildə bu tranzit xətləri nəinki azalıb, hətta artıb”.

Ceyhun Bayramov müzakirələr zamanı həm də pandemiya ilə mübarizədən danışdıqlarını söyləyib. Deyib ki, Rusiya ilə müvafiq strukturların qarşılıqlı əməkdaşlığı, bu dövr ərzində yükdaşımaların dayanmaması da yaxşı münasibətlərin olmasına dəlalət edir:

“Rusiya və Azərbaycan arasında münasibətlərində təhsil, mədəniyyət, idman sahələri əhəmiyyət daşıyır. Bizim beynəlxalq sahədə əməkdaşlıqda da çox böyük təcrübəmiz var”.

Sergey Lavrov isə açıqlamasında Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanmış bəyanata toxunub:

“Bizim ümumi fikrimiz budur ki, gələcəkdə normallaşmanın həyata keçirilməsi üçün ötən ilin noyabrın 10-da imzalanan bəyanatın şərtlərinə əməl olunsun”.

Lavrov bildirib ki, əldə olunmuş razılaşmaların tam şəkildə həyata keçirilməsi bölgədəki vəziyyətin normallaşdırılmasında açar rolunu oynayır. Bu razılaşmalar hərbi əməliyyatların bərpasının qarşısının alınması, iqtisadi və rabitə əlaqələrinin açılması üçün bütün mexanizmləri təmin edir:

“Rusiya sülhməramlı kontingentinə göstərdiyi dəstəyə görə Azərbaycan tərəfinə minnətdarıq. Konkret planlar hazırlayan üçtərəfli işçi qrup əldə olunmuş razılaşmaların həyata keçirilməsinə mühüm töhfə verir”, - S.Lavrov əlavə edib.

Rusiya XİN rəhbəri Ermənistanın Azərbaycana minalanmış ərazilərin xəritələrini verməkdən imtina etməsi məsələsinə də toxunub. Bildirib ki, Rusiya bütün humanitar məsələlərin, xüsusən də minalarla bağlı məsələlərin mümkün qədər operativ şəkildə və ilkin şərtlər olmadan həll edilməsinin tərəfdarıdır:

“Bu məsələni Yerevanda müzakirə etmişik. Mənə elə gəldi ki, Ermənistan rəhbərliyi bu problemi həll etmək lazım olduğunu anlayır. İlk addımlar atılıb və mən bu barədə Azərbaycan rəhbərliyinə məlumat vermişəm. Ümid edirik ki, bu məsələnin həlli sürətlənəcək və onun tam həlli tapılacaq”.

Nazir Ceyhun Bayramov da Ermənistanın minalanmış ərazilərin xəritəsini verməməsi məsələsinə toxunub. Deyib ki, qarşı tərəf minalanmış ərazilərin xəritələrini təqdim etmir və eyni zamanda Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş 4 min azərbaycanlı barədə məlumat verməkdən imtina edir.

Ceyhun Bayramov bu baxımdan Ermənistanı sülh prosesini pozmaqda ittiham edib. Bildirib ki, Ermənistanın mövqeyi bölgədəki vəziyyətin normallaşmasına xidmət etmir:

“2020-ci ilin sonunda Ermənistan hərbçilərinin Azərbaycan ərazisinə soxularaq hərbçiləri və mülki şəxsləri öldürməsi əldə olunmuş razılaşmaların kobud şəkildə pozulması faktıdır. Ermənistan Azərbaycan ərazilərində müharibə cinayətlərini davam etdirir”.

Nazir deyib ki, buna baxmayaraq, Azərbaycan əldə edilmiş razılaşmalar çərçivəsində öz öhdəliklərinə ciddi şəkildə əməl edir və onları yerinə yetirir:

“Ölkə çox sayda birtərəfli addımlar atıb, xüsusən də humanitar yüklərin Azərbaycan ərazisindən keçməsinə icazə verib. Azərbaycan hərbçilərinin iştirakı ilə cəsəd və qalıqların axtarışı təşkil edilib və təxminən 2 600 cəsəd Ermənistan tərəfinə təhvil verilib”.

Sergey Lavrov mayın 6-da Ermənistanda rəsmi səfərdə olub (https://www.azatutyun.am/a/31241336.html). O, erməni həmkarı Ara Ayvazianla görüşü zamanı Dağlıq Qarabağda Ermənistan-Azərbaycan müharibəsini dayandıran sazişin şərtlərinin tam yerinə yetirilməsi üçün əlindən gələni edəcəyini bildirib. Deyib ki, Rusiya əsirlərin evlərinə qaytarılması, ərazilərin minalardan təmizlənməsi, mədəni və dini irsin qorunması, eləcə də Dağlıq Qarabağdakı müvafiq beynəlxalq təşkilatların işinə başlaması istiqamətində çalışır.

Ayvazian isə bildirib ki, münaqişə tərəfləri əsas mübahisə ərazisi olan Dağlıq Qarabağın statusu barədə razılığa gələnədək problem həll edilməyəcək.

Nazir bildirib ki, rəsmi Yeravan əgər bir razılaşma olacaqsa, bu, Rusiya, ABŞ və Fransanın həmsədrliyi ilə ATƏT-in Minsk Qrupunun verdiyi sülh təklifləri əsasında olmalıdır.

Пока вы здесь ...

У нас есть небольшая к вам просьба. В среде, где информация находится под жестким государственным контролем, Мейдан ТВ усердно работает над тем, чтобы обеспечить доступ к качественной независимой журналистике. Мы проливаем свет на истории, которые вы иначе не прочитали бы, так как мы считаем, что те, кто не может высказаться, заслуживают быть услышанными, а те, кто находится у власти, должны быть привлечены к ответственности. Мы вкладываем в это значительное время, усилия и ресурсы, поэтому нам нужна ваша помощь.

Ваша поддержка дает возможность нашим смелым журналистам, многие из которых работают под большой угрозой своей личной свободе и безопасности, продолжать свою деятельность. Каждый вклад в защиту независимой журналистики в Азербайджане имеет значение. Спасибо.

ПОДДЕРЖИТЕ НАС
Статья обновлена:  11 Май 2021
Bölmələr:  
Короткие линки:   http://mtv.re/ghzo2m

Самое читаемое